"...44 günlük müharibədə Ermənistan ordusu məğlub olmadı,.. məğlub olmağa məcbur oldu”.
Deyim ki, ermənilər əvvəllər Ermənistan müdafiə nazirinin müavini olmuş Artak Zakaryanın bununla nə demək istədiyini hələ də anlaya bilmirlər.
Yaxşı, gəlin Sarkis Saturyan adlı erməninin “döyüşkən erməni ordusu” barədə dediklərini yada salaq. Doğrudur, sonradan həmən o “döyüşkən erməni ordusu”nun zəlil günə düşüb bizim “Cücələrim” mahnısının nəqarətini xorla oxuduqlarını çəkib onun “gözünə soxanda” da o xislətini gizlətməyib dediklərində israr edirdi.
İndi isə, hərb sənəti ilə heç bir əlaqəsi olmayan birinin, yəni Artak Zakaryanın Ermənistan ordusu barədə təriflər deyib, onu yenidən “təxtə mindirmək” cəhdi çox gülünc görünür.
Gərək ki, yadınızda olar, bir müddət bundan əvvəl ermənilər KTMT tərkibində Qazaxıstana göndərməyə əsgər tapa bilmirdilər. Deyim ki, bunu mən demirəm. Belə ki, həmin ərəfədə İrəvan küçələrində keçirilən sorğu zamanı əksər “sadə ermənilər” belə, elə inandırıcı olmasa da, Ermənistan Müdafiə nazirliyinin 70 erməni əsgərini tapıb Qazaxıstana göndərmələrinə təəccüb nümayiş etdirirdilər.
Qeyd edək ki, yanvarın 28-i Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının ildönümü kimi qeyd edilməlidir. Amma, demək lazımdır ki, bu münasibətlə təşkil olunacaq tədbirin baş nazir Nikol Paşinyanın koronavirusa yoluxması səbəbindən təxirə salındığı bildirilir(?). Bu arada, sən demə, yanvarın 22-də özünə toy edib, gəlin gətirən erməni müdafiə naziri Suren Papikyanın da koronavirusa yoluxduğu “məlum olub”.
Maraqlıdır ki, bəzi ermənilər bütün bunları Papikyanın gətirdiyi gəlinin “ayaqdüşməməzliyi” ilə yox, yenə də inandırıcı olmasa belə, Ermənistan Müdafiə nazirliyinin İrəvan küçələrində parada çıxaracaq nizami ordusunun olmaması ilə əlaqələndirirlər. Nə bilmək olar...
...Artak Zakaryan isə hələ ki, öz ampulasındadır. Yəni gələcəkdə hələ ki, Ermənistandan qaçıb qurtula bilməyən erməni əhlindən, bu dəfə əvvəlkindən də güclü bir erməni ordusu yaradacaqlarına ümid edir.
...Qaçmaq demişkən, burada erməni milli assambleyanın “Mənim şərəfim var” blokundan olan deputatı Tiqran Abramyanın erməni əsgərlərinin hələ də postu qoyub qaçmaları ilə bağlı elədiyi xəbərdarlıq yadıma düşdü.
Amma qeyd edim ki, Tiqran Abramyan da əksər həmkarları kimi, erməni əsgərinin öz postunu qoyub qaçmasını onun fərariliyi və ya qorxaqlığı ilə yox, qarşı tərəf, yəni Azərbaycan Ordusunun erməni əskərlərini “oğurlamaları” ilə əlaqələndirməyə çalışır.
Beləliklə, erməni deputatın dediklərindən belə məlum olur ki, Naxçıvanla sərhəddə yerləşən hərbi hissələrdən birində xidmət edən Vaqe Manukyan adlı erməni əsgər postda olarkən “qeybə çəkilib” . Erməni deputatın sözlərinə görə, itkin düşən Vaqe Manukyan üç uşaq atasıdır deyə, onun fərarilik üçün heç bir motivi ola bilməz(?). Amma, buna baxmayaraq, Azərbaycan hərbçilərinin Manukyanı, sadəcə olaraq, bu ərazidə “oğurlaya bilməsi versiyası” guya nə Ermənistan Müdafiə Nazirliyi , nə də İstintaq Komitəsi tərəfindən nəzərdən keçirilmir.
Əslində, düz də edirlər. Çünki Tiqran Abramyandan fərqli olaraq, həmin instansiyalar Vaqe Manukyan da daxil olmaqla əksər erməni əsgərlərinin fərariliyi erməni ordusunda xidmət etməkdən daha üstün tutduqlarını yaxşı anlayırlar.
Yeri gəlmişkən, başqa erməni səlahiyyətli ermənilər kimi, gərək ki, elə Tiqran Abramyan da 44 günlük müharibə zamanı idarə etdikləri avtomobilləri qoyub qaçmamaları üçün əksər erməni sürücü əsgərlərin avtomobilin sükanına zəncirlənmələri barədə məlumatsız olmamalıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB