"Bundan sonra təxribatların baş verməsi Ermənistan dövlətçiliyinin sonunu gətirməsi deməkdir" POLİTOLOQDAN REAKSİYA

"Erməni təxribatlarına son qoymaq üçün, ilk növbədə, sülh sazişi ilə bağlı aparılan işləri sürətləndirməyə ehtiyac var". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

İlyas Hüseynov bildirib ki, ötən il 16 noyabr tarixində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş eskalasiya da göstərdi ki, sülh çox kövrəkdir, Ermənistan üçtərəfli bəyanatın tələblərinə riayət etmir və hər zaman gərginlik yaşana bilər: "Bu baxımdan, uzunmüddətli və dayanaqlı sülhün əldə olunması üçün yekdil sülh müqaviləsinə ehtiyac var. İlk növbədə, Ermənistan Azərbaycanı beynəlxalq səviyyədə tanınmış sərhədlərini qəbul etməli və yeni geosiyasi reallıqları dərindən həzm etməlidir. Azərbaycana qarşı əsassız iddialarına son qoymalıdır. Azərbaycan ərazisində kompakt yaşayan erməni cəmiyyətinə inteqrasiya mərhələsinə başlamalıdır. Eyni zamanda, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Naxcıvan avtomobil və dəmir yolunda gediş-gəliş bərpa edilməlidir. Kommunikasiya xətləri açılmalı və iqtisadi əlaqələr yenidən canlanmalıdır. Bu, Azərbaycanın irəli sürdüyü şərtlərdir. Təəssüflər olsun ki, Ermənistan da hər hansı qeyd-şərtlər irəli sürür. Bu yanaşmalar qəbul edilməzdir. Bir sıra razılaşmalar əldə olunub. Dəmir yolu vasitəsilə əlaqənin marşrutu təsdiqlənmişdir. Hər iki tərəf bununla razılaşır. Hətta Azərbaycan tərəfində işlərin sürətlə getdiyini müşahidə edirik. Naxcıvanda da bu istiqamətdə də işlər görülür. Yekunda 40 kilometrlik Zəngəzur dəhlizi boyunca dəmiryolu əlaqəsinin tam şəkildə istifadəyə verilməsi və dəmir yolu daşımaları həyata keçiriləcək. Bölgədə iqtisadi rifahın ələ olunması istiqamətində çox önəmli addımdır. Gələcəkdə dəhliz boyunca qaz xətti və elektrik nəqli həyata keçirilə bilər. Burada bölgənin potensial imkanlarından xəbər verir. Lakin, təxribatlara son verilməsi üçün Ermənistan ilk öncə iqtisadi divitetlər barədə düşünməlidir. Ermənlərin əssasız iddialar irəli sürmək revanşist düşüncədə yaşamaq və intiqamçılıq hissində gələcək nəsilləri böyütmək Ermənistana heç bir xeyir verməyəcəkdir. Ermənistanın daxilində də artıq proqmatik insanlar və rosional düşünən şəxslər vardır və bilirlər ki, 30 illik işğal erməni xalqına heç bir fayda gətirməyib. Ermənistan müstəqil şəkildə düşünməli, güc mərkəzlərin əlaltısına çevrilməməli və öz gələcəyi haqqında qərar verməlidir. Bu qərar isə qonşularla mehriban münasibətdən keçir. Mehriban qonşuluq siyasətinin bərpa olunmasından keçir. Belə olacağı təqdirdə Ermənistan özü də tənəzzüldən çıxa bilər. Bu haqda Ermənistanın siyasi rəhbərliyi düşünməlidir. Ermənistanda 44 günlük vətən müharibəsindən sonra ciddi şəkildə iqtisadi böhran yaşanır. Son illərdə Ermənistanın tərk edən şəxslərin sayı artmaqdadır. Statistikaya nəzər salsaq görərik ki, Rusiya vətəndaşlığını qəbul edən erməni əsilli şəxslər sayı 2020-ci ilin payızından sonra sürətlə çoxalıb. Buna görə də erməni siyasi rəhbərliyi diqqətlə baş verən prossesləri nəzərdən keçirtməli və düşünülmüş şəkildə addımlar atmalıdır. Erməni təxribatları İkinci Qarabağ müharibəsinə gətirib çıxardı. Ermənistanda siyasi idarəçilik böhranı da pik həddədir. Ermənistanın prezidenti isə öz səlahiyyətlərinin məhdudluğu uçbatından siyasətə təsir edə bilmədiyindən istefa edib. Bütün bunlar dərin siyasi böhranın göstəricisidir. Bu vəziyyətə Ermənistanın hazırkı siyasi rəhbərliyi gətirib çıxarıb. Bundan sonra təxribatların baş verməsi Ermənistanın dövlətçiliyinin sonunu gətirməsi deməkdir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...