"Ukrayna vasitəsilə Rusiyanı zəiflətməyə hesablanmış proses davam edir. Rusiyada isə dövlət düşüncəsi bunu lazımi şəkildə qiymətləndirə bilmir. Faktiki olaraq Ukrayna bir tərəfdən güclənməyə davam edir, öz texnologiyalarını inkişaf etdirir, yeni silahlar istehsal edir və müharibə şəraitində kifayət qədər güclü ordu formalaşdırıb".
Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
_(2)_(1)_(1)_(1).jpg)
Siyasi şərhçi sözlərinə belə davam edib: "Eyni zamanda işğal olunmuş ərazilərin bir hissəsinin geri qaytarılması istiqamətində fəaliyyətini davam etdirir.
Bu proses necə qiymətləndirilə bilər? Uzun müddətdir səsləndirilən fikirlərdən biri Rusiyanın zəifləməsi ilə bağlıdır. Müharibənin gedişi göstərir ki, Rusiya ciddi iqtisadi, siyasi və hərbi təzyiqlərlə üzləşir. Ukrayna isə Qərbin dəstəyi ilə öz imkanlarını genişləndirməyə davam edir.
Yeri gəlmişkən, 1996-cı ildə həlak olmuş Çeçenistanın keçmiş prezidenti Cövhər Dudayev tərəfindən səsləndirilən məşhur bir fikir də var idi: “Ukrayna günəşi doğanda Rusiyanın sonu gələcək”. Bu ifadə bu gün də müxtəlif siyasi müzakirələrdə tez-tez xatırlanır.
Sülh məsələsinə gəlincə, Ukrayna uzun müddətdir qeyd-şərtsiz atəşkəsin elan olunmasını və daha sonra danışıqlar masasında qalan məsələlərin həll edilməsini təklif edir. Rusiya isə atəşkəs üçün müəyyən şərtlər irəli sürür. Bunlara işğal olunmuş ərazilərin Rusiya ərazisi kimi tanınması və digər tələblər daxildir. Ukrayna isə bu şərtləri qəbul etmir.
Müharibə davam etdikcə Rusiyanın iqtisadi və sosial problemlərinin daha da dərinləşdiyi, əhalinin rifah səviyyəsinin aşağı düşdüyü barədə fikirlər səsləndirilir. Bütün bunlar regionda vəziyyətin uzun müddət mürəkkəb olaraq qalacağını göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB