“Paşinyan güclü Azərbaycanla mübarizə aparmağın mənasız olduğunu anlayır” AÇIQLAMA
“Ermənistan prezidenti, əslində, heç bir səlahiyyəti olmayan Armen Sarkisyan bir neçə gün öncə istefa verdiyini bəyan etmişdir. Əslində, Ermənistan siyasətində heç bir rolu olmayan bu şəxsin istefası çoxdan gözlənilən idi. Keçmiş prezident Sarkisyanın ölkə Konstitusiyasını öz xeyrinə dəyişdirməsi və hakimiyyətdə qalması xətrinə posta fiqur olaraq gətirilən bu şəxs demək olar ki, ancaq müxtəlif KİV-ə müsahibə verməklə yadda qaldı”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyindən və müharibədə acı məğlubiyyətdən sonra postda qalması isə Sarkisyan-Koçaryan birliyinin Rusiyanın himayəsi ilə bəlkə qayıtdılar inamı ilə əlaqədar oldu: “Lakin ermənilərin keçmiş quldur, Xocalı qatillərinə inam göstərməməsi və dirənişi sayəsində bu xəyal gerçəkləşmədi. Məhz artıq bu və ya digər səbəblərdən Armen Sarkisyan istefa vermək qərarına gəldi. Onun istefası ilə hesab edirəm ki, Paşinyan öz siyasi hakimiyyətini bir az da olsa gücləndirməyə çalışacaq. Yəqin ki, bu formal vəzifəyə öz adamını təyin etdirəcəkdir. Bununla da Ermənistan hakim siyasi elitasında tək söz sahibinə çevriləcək və öz siyasətini genişləndirəcəkdir. Xüsusilə, Ermənistan Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində addımlar atacağını gözləmək olar”.
Anar Xəlilovun sözlərinə görə, Paşinyan güclü Azərbaycanla artıq mübarizə aparmağın mənasız olduğunu anlayaraq, əlaqələrin normallaşmasının Ermənistanın gələcək taleyində mühüm rol oynadığını dərk etmişdir: “Onun verdiyi bəyanat və açıqlamalarda da bu, özünü açıq-aydın büruzə verirdi. Ancaq keçmiş hakim komanda hakimiyyətə yenidən gəlmək naminə Paşinyanın bu istəyinə qarşı bütün vasitələrlə mane olmağa çalışırdılar. Onların yeganə əsas rıçağı isə məhz Armen Sarkisyan idi. Düzdür, səlahiyyətləri olmasa da, hər halda müəyyən ictimai rəyin formalaşmasında təsir imkanları mövcud idi. Artıq Ermənistanda Paşinyan komandasının eks həmkarları üzərində tam siyasi qələbəsini qeyd etmək olar. Hesab edirəm ki, Paşinyan bundan, ilk növbədə, Azərbaycanla əlaqələrin normallaşması və sülh müqaviləsinin imzalanmasına nail olmağa çalışacaq. Ermənistanın gələcəyi məhz bundan asılıdır. Son günlər artıq biz Paşinyanın sülh imzalamağa hazır olduğu açıqlamasının şahidi olduq. İlk növbədə, Paşinyanın Ermənistan Azərbaycan sərhədlərinin müəyyən olunması istiqamətində addımlar atacağını düşünmək olar. Bundan sonra isə Azərbaycanla sülh müqaviləsini imzalamağa cəhd edəcəkdir. Bunun üçün isə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Artıq Paşinyanın bunu etməsi üçün heç bir maneəsi qalmamışdır. Armen Sarkisyanın istefası Azərbaycanın maraqları üçün də xeyirlidir. Nəzərə almalıyıq ki, Azərbaycan xalqının düşmənləri olan Ermənistanın keçmiş quldur hakimiyyətinin son kadrı məhz Armen Sarkisyan idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB