İran Azərbaycanın ən yaxın qonşularından biri sayılır - HƏRBİ EKSPERT AÇIQLADI

“Ümumiyyətlə bu məsələ ciddi bir məsələdir. İnkişaf, tərəqqi hamısı qarşılıqlı əlaqə, qarşılıqlı təcrübə mübadiləsi nəticəsində baş verir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli deyib.

Politoloq vurğulayıb ki, Azərbaycan ilk növbədə indiki həssas bir dönəmdə öz yaxın qonşuları ilə münasibəti nizamlanmalıdır: “Bu yalnız hərbi sahədə əməkdaşlıq və yaxud hər hansısa bir perspektiv demək deyil, bu həm də qonşuluq əlaqələrinin qurulmasında mühüm rol oynayan bir faktdır. Ona görə də mən bu fikirdəyəm ki, Azərbaycanın Rusiya kimi digər yaxın qonşuları ilə məsələn, İranla hərbi və digər sahələrdə əlaqə qurması onun gələcək siyasi və hərbi durumunda mühüm rol oynayır. Bilirsiniz ki, İran kifayət qədər ciddi hərbi təcrübəyə sahib müharibə görmüş bir ölkədir və Azərbaycanın hərbi sahədə İranın bu və ya digər istiqamətlərdə əlaqə qurması Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır. Bir daha vurğulayıram ki, bəlkə İran Rusiya, Amerika, Yaponiya və s. dövlətlər kimi çox yüksək inkişaf etmiş bir orduya sahib deyil. Lakin faktiki olaraq, İran Azərbaycanın coğrafiya baxımından ən yaxın qonşularından biri sayılır. Ona görə də Azərbaycanın hərbi sahədə İranla əlaqə qurması, Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Bu yalnız hərbi əlaqə deyil, həm də siyasi əlaqə deməkdir, eyni zamanda qonşuluq münasibəti deməkdir. Bütün bunlarla bərabər İran çox böyük dövlətçilik tarixinə sahib bir dövlətdir və Azərbaycanın belə bir dövlətlə hərbi sahədə danışıqlar aparması, əməkdaşlıq perspektivlərini müzakirə etməsi də Azərbaycana müsbət dividentlər gətirəcək”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə