Parisin Lagazetteaz.fr onlayn qəzeti yenilənmiş interfeysini təqdim edib

Parisin Lagazetteaz.fr onlayn qəzeti media sahəsində bütün müasir tendensiyalara cavab verən və oxucuların xəbərlərə və saytda yerləşdirilən digər materiallara çıxışını asanlaşdıran yenilənmiş interfeysini təqdim edib.

Redizayn zamanı dünyanın aparıcı KİV-lərinin tətbiq etdiyi ən son nailiyyətlərdən və yeniliklərdən istifadə edilib.

Bu, Lagazetteaz.fr saytını yalnız daha funksional deyil, həm də yükləmə və yeniləmə sürəti də daxil olmaqla istifadəçilər üçün daha rahat edib.

Edilən dəyişikliklər Lagazetteaz.fr qəzetinə ən qısa müddətdə Fransanın informasiya məkanında öz yerini daha da möhkəmləndirməyə imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...