Məsələ danışıqlar yolu ilə öz həllini tapacaq - DEPUTAT MÖVQE BİLDİRDİ

“Şübhəsiz ki, regionda konfliktlərin yenidən ölkələrarası münasibətlərə, regiona zərər verə biləcək şəkildə canlanması əlbəttə ki, arzuolunan deyil”. Bunu SİA-ya açıqlamasında deputat Ramil Həsən deyib.

Ramil Həsən bu barədə fikirlərini belə izah edib: "Son dövrlər Rusiya və NATO arasında çəkişmələrin davam etməsi, Ukrayna üzərindən bir-birilərini təhdid etməsi təəssüf doğurmaqdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 fevral tarixində olacaq Ukraynaya səfərindən əvvəl Rusiyaya moderatorluq təklifi məslənin həllində öz müsbət təsirini göstərəcək.

Məsələnin hərbi müstəviyə keçməməsi üçün hələ bütün imkanlar tükənməyib. Bu imkanlardan maksimal dərəcədə istifadə etmək lazımdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna ilə münasibətləri yaxşıdır və hər iki Prezidentin bütün səylərini bu məsələdə səfərbər etməsi gözləniləndir. İnanıram ki, bu istiqamətdə NATO, ABŞ və Rusiya arasındakı çəkişmələr Ukrayna üzərindən hərbi müstəviyə keçmədən danışıqlar yolu ilə öz həllini tapacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...