"Məmurlar vətəndaşların və dövlətin xidmətində olmalıdır" -DEPUTAT MÖVQE BİLDİRDİ

"Məmurlar vətəndaşların və dövlətin xidmətində olmalıdır". Bunu SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.

Asim Mollazadə bu barədə fikirlərini belə izah edib: "Onların fəaliyyəti hüquqi əsaslara söykənməlidir. Məmurlar bütün fəaliyyətlərində şəffaflığa ciddi riayət etməlidir. Həm vətəndaş cəmiyyəti, media, dövlətin bütün strukturları məmurların fəaliyyətinin qanunauyğun olub-olmadığını müəyyənləşdirməlidir. Məmurlar vətəndaşlara xidmət edirlər. Onlar vətəndaşların verdiyi vergilər əsasında maliyyələşdirilir. Buna görə də, onlar vətəndaşların və dövlətin qarşısında məsuliyyət daşıyırlar. Əgər onlar normal fəaliyyət göstərə bilmirlərsə, onlar vəzifələrini buraxıb, başqa işlərlə məşğul olmalıdırlar. Bunu dövlət başçısı dəfələrlə vurğulayıb. Məmurların fəaliyyətində hansısa pozuntular olacaqsa, onlar qanun qarşısında cavab verəcəklər".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə