““Human Right” kimi təşkilatlar erməni lobbisi tərəfindən idarə olunurlar” AÇIQLAMA

“Human Right” və onun kimi təşkilatlar sözdə insan hüququndan, azadlıqdan danışan, əslində isə dünyanın imperialist təfəkküründən xilas ola bilməyən güc mərkəzlərinin maraqlarını güdən qurumlardır. Özlərini sözdə qeyri-hökumət qurumu kimi təqdim edən belə təşkilatların, faktiki olaraq güc mərkəzləri tərəfindən, o cümlədən də erməni lobbiləri tərəfindən idarə olunduqları göz önündədir”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hansı ölkə həmin güc mərkəzlərinin maraqlarına uyğun siyasət yürütmürsə, dərhal bu və bu kimi qurumların əli ilə ictimai fikir formalaşdırmağa cəhd edirlər: “On illərdi ki, belə ürəkbulandıran gedişlərin şahidləriyik. Nə qədər Azərbaycan iqtidarı həmin güc mərkəzlərini maraqlarını nəzərə almayıb milli və dövlət maraqlarına üstünlük verəcək, o qədər də belə qurumlar əleyhimizə hesabatlar, bəyanatlar səsləndirəcək. Biz kifayət qədər yetkin xalq olaraq bütün bunları anlayır və hakimiyyətin belə hücumlara qarşı mübarizəsini birmənalı dəstəkləyirik. Erməni lobbisinin təsiri altında olan dünya güclərinin maraqlarına xidmət etmək, dolayısı ilə ermənilərin maraqlarına xidmət etmək deməkdir ki, bu da xalqımıza ancaq bəlalar gətirə bilər. Onların da istədikləri elə budur. Belə də dəmir yumruq birliyimizi qoruyub saxlamalı və həmin qüvvələrin ölkədə arzuladıqları vətəndaş qarşıdurmasından qorunmalıyıq. Əks-təqdirdə düşmən istəklərini reallaşdırmış olar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə