Ukrayna Azərbaycana dost ölkədir - POLİTOLOQ RƏY BİLDİRDİ

“Ukrayna Azərbaycana dost ölkədir. Müstəqillik qazandığımız gündən etibarən postsovet məkanında bu ölkə ilə olan münasibətlərimiz unikal xüsusiyyətləri ilə diqqəti cəlb edib”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq qeyd edib ki, çoxşaxəli və universal xarakteri ilə seçilən əlaqələrimiz sosial-iqtisadi, mədəni-humanitar sahələrdən tutmuş, hərbi müstəviyə qədər bütün sferaları əhatə edir. Həm Azərbaycan, həm də Ukrayna SSRİ-nin dağılmasından oxşar trayektoriyalı xarici siyasət kursuna üstünlük veriblər. Hər iki ölkə düzgün srtateji addımlar nəticəsində Rusiyanın geosiyasi orbitindən kənarda qalmağa nail olublar. Vaxtilə bu iki ölkənin təşəbbüsü ilə GUAM-ın təsis olunması da həmin məqsəddən irəli gəlirdi. Ukrayna ilə Rusiya arasında yaşanan böhran hazırda qlobal geosiyasətin əsas gündəm maddəsidir. İki ölkə arasında real müharibə şəraitinin hökm sürdüyünü desək, hər halda yanılmarıq. Belə bir məqamda Azərbaycan Prezidentinin Ukraynaya səfəri Bakı ilə Kiyev arasında dostluq münasibətlərinin heç bir maneə tanımadığını göstərməklə yanaşı, həm də Azərbaycanın heç bir ölkənin diqtəsinə tabe olmadığını əyani olaraq nümayiş etdirir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə