Azərbaycanın Belçikadakı səfiri ilə Belçika Parlamentinin Nümayəndələr Palatasının sədri görüşüb - FOTO

Azərbaycan Respublikasının Belçikadakı səfiri Vaqif Sadıqov Belçika Parlamentinin Nümayəndələr Palatasının sədri xanım Elian Tilyö (Eliane Tillieux) ilə görüş keçirib. SİA xəbər verir ki, görüşdə Belçika Azərbaycan arasında münasibətlərə dair bir çox məsələlər ətrafında müzakirələr aparılıb, Azərbaycan Milli Məclisin sədri xanım Sahibə Qafarovanın dəvət məktubu səfir Vaqif Sadıqov tərəfindən xanım Tilyöyə təqdim olunub, İrəvan qrupuna aid Azərbaycan xalçaları haqqında kitab həmsöhbətə hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə