Ağcabədi rayonunda şəhidlərin xatirəsi anılıb FOTOLAR

Ağcabədi rayonunda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb. Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov, YAP rayon təşkilatının kollektivi, hüquq mühafizə orqanlarının əməkdaşları, idarə-müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar və başqaları iştirak ediblər. Tədbir iştirakçıları 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Vətən müharibəsi şəhidlərinin xatirəsini anaraq, 31 mart Azərbaycanlıların soyqırımını özündə əks etdirən möhtəşəm abidə kompleksi önünə və Qarabağ müharibəsi şəhidlərinin məzarları üzərinə tər qərənfillər düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər.

20 Yanvar - Azərbaycan xalqının tarixində Ümumxalq Hüzn Günü olmaqla yanaşı, azadlıq qələbəsinin təntənəsi günü kimi də əbədi həkk olmuşdur.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...