Zərdabda Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Anım mərasimi ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun şəkildə keçirilib. Mərasimdə Zərdab Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Pərvin Mahmudova, YAP fəalları, İcra hakimiyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. Əvvəlcə şəhidlərin ruhuna dualar oxunub, sonra iştirakçılar əsaslı təmir olunan Şəhidlərin Xatirə parkında faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər və abidənin önünə güllər düzülüb, şəhidlərin ruhuna hörmət və ehtiram ifadə edilib. YAP fəalları gün ərzində Şəhidlər Xiyabanına gələrək, torpağı Vətən edənlərin xatirəsinə ehtiramlarını bildiriblər. 20 yanvar 1990-ci il müasir tariximizin ən faciəli günlərindən biri olsa da, Azərbaycan xalqının milli iradəsinin zəfər çaldığı gün kimi tarixdə qalacaq!
Nəzakət
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB