Prezident müsahibədə bir sıra vacib məqamlara toxundu - MÜNASİƏT BİLDİRİLDİ

“Yanvar ayının 12-i 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti milli media nümayəndələrinə verdiyi müsahibədə bir sıra çox vacib və ciddi məqamlara toxunmuşdur. Cənab Prezident hər zaman vurğulayır ki, “Mən bütün məsələləri Azərbaycan xalqına bildirirəm, məlumatlandırıram”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Onun sözlərinə görə, əldə olunan uğurlar, həyata keçirilmiş tədbirlər, istər daxili, istərsə də xarici siyasətdə qazandığımız nailiyyətlər, gələcək hədəflər perspektivlər haqqında cənab Prezident çox açıq mesajlar verdi: “Eyni zamanda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, Ermənistan tərəfindən bu günə kimi konkret bir siyasətin müəyyənləşdirilməməsi, onlar tərəfindən törədilən təxribatlar və bu kimi məsələlərə Prezident tərəfindən toxunuldu. Əlbəttə ki, 2021-ci ildən beynəlxalq münasibətlər sistemində istər üçtərəfli görüşlərdə, istər Qoşulmama Hərəkatında Azərbaycanın sədrlik müddətinin 1 illik uzadılmasında, istər Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-də covid-19-la bağlı müzakirələrin aparılmasında, istərsə də Aşqabad görüşündə Azərbaycan böyük nailiyyətlər əldə edib. Eyni zamanda 2021-ci il vətəndaşlarımızın sosial müdafiəsi istiqamətində çox mühüm bir il olmuşdur və cənab Prezident tərəfindən imzalanmış bir sıra sərəncamlar və fərmanlar mövcuddur. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə 2021-ci ildə dünya tarixinə növbəti bir yeniliyi gətirdi. Çünki müharibələrdən çıxmış ölkələrin tarixinə baxsaq görərik ki, bu qısa müddət ərzində bu qədər böyük işlər görülməmişdi. Həmçinin Ermənistan tərəfindən davamlı şəkildə törədilən təxribatların Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə qarşısının alınması, yeni hərbi komandaların formalaşması, Silahlı Qüvvələrimizin daha da qüdrətlənməsi, yeni silah arsenalımızın alınması və Ermənistan tərəfinə verilmiş təkliflər, istər sərhədlərin müəyyənləşməsi olsun, istər delimitasiyası və demarkasiyası, istər sülh müqaviləsinin imzalanması təklifi, kommunikasiyaların açılması, ərazi bütövlüklərinin tanınması dəfələrlə vurğulanmışdır.

Cənab Prezident qeyd etdi ki, bu məsələlər masa üzərində müzakirə predmeti kim qalmayacaq. Ermənistan bundan ciddi nəticə çıxarmalıdır. Ermənistan adekvat addımlar atarsa, əlbəttə ki, bundan faydalanacaqdır. Əgər buna müsbət reaksiya verməyəcəksə acınacaqlı vəziyyətdə qalmağa davam edəcəkdir.

Qeyd edim ki, Fransada prezidentliyə namizəd Pekresin Azərbaycan ərazisinə icazəsiz və təxribat xarakterli səfərinin əsas məqsədi Fransadakı erməni lobisindən dəstək almaq idi. Cənab Prezidentin qeyd etdiyi kimi bu birbaşa Makronun özünə qarşı edilən bir səfərdir. Bu qeyri-qanuni bir səfər idi və və belə hərəkətlərlə də Fransaya prezident kimi seçilmək niyyətindədir. Əlbəttə ki, onun Azərbaycana qarşı işlətdiyi ittihamların hamısı əsassızdır, yalandır. Cənab Prezidentin 2 saatdan çox davam edən müsahibəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, prioritetlərdən və bölgədə yaranmış yeni reallığa uyğun aparılan siyasətdən geniş söhbət açıldı və konkret hədəflər müəyyənləşdirildi”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...