Ermənistanda sosial-iqtisadi təlütümlər davam edir ANALİTİKA

Artur Xaçatryan: “Ölkəmiz işsizlik səviyyəsinə görə birinci yerdədir”

Ermənistanda işsizlik səviyyəsinin günü-gündən artması ölkədəki demoqrafik vəziyyətə də öz təsirlərini göstərməyə başlayıb. Xüsusilə, 44 günlük müharibədən sonra Ermənistanı tərk edənlərin sayı daha çox artıb və bu fakt ölkə hakimiyyətini də ciddi şəkildə təlaşlandırır. Həmçinin, iş sarıdan ciddi əziyyət çəkən erməni ictimaiyyəti öz qazanclarını ya başqa ölkələrdə axtarır, ya da cüzi məvaciblərlə yarıac-yarıtox vəziyyətdə qalmaqdan başqa çarə tapa bilmirlər.

Digər tərəfdən, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən qaçaraq Ermənistana köçmüş ermənilərlə yerli ermənilər arasında narazılıqlar günü-gündən daha çox artmaqdadır. Daha dəqiq desək, yerli ermənilər qarabağlı ermənilərin onların çörəklərinə bais olduqlarını deyirlər.

Erməni deputatı Dünya bankının qiymətləndirməsinə istinad edib və bu rəqəm 20,21%-dir

Əsasən isə Ermənistanın gerçək vəziyyətdə çabalamasının əsas səbəbkarlarının məhz Qarabağ klanının olduğunu bildirirlər. Çünki bu ölkəni məhz Koçaryan-Sarqsyan quldurları idarə ediblər.

Və maraqlısı da budur ki, bu gün Ermənistanda işsizliyin artması və yoxsulluq həddinin sürətlə çoxalması problemi barədə danışanların əksəriyyəti məhz Qarabağ klanına bağlı olan insanlardırlar. Misal üçün, Ermənistan parlamentinin deputatı, “Hayastan” blokunun təmsilçisi Artur Xaçatryan bildirib ki, keçmiş SSRİ respublikalarının arasında işsizlik həddinə görə birinci yeri məhz Ermənistan tutur. Erməni deputatı Dünya bankının qiymətləndirməsinə istinad edib və bu rəqəm

20,21%-dir.

Xaçatryan ikinci yerdə Gürcüstanın olduğunu deyib və bildirib ki, qonşu ölkədə işsizlik həddi 12,05%-dir. “Və əgər biz işsizlik səviyyəsinə görə birinci yerdəyiksə bu zaman necə deyə bilərik ki, ölkədəki iqtisadi vəziyyət qəbuledilən vəziyyətdədir?”, deyə deputat sual edib.

Əks halda bu ölkədəki yaxın vəziyyətin necə olacağını artıq indidən proqnozlaşdırmaq olar

Maraqlıdır ki, hakim “Vətəndaş szişi” partiyasının təmsilçiləri parlamentdəki ittihamların irəli sürülməsinə özünəməxsus tərzdə cavab veriblər. Onlar bu sualların Ermənistanı üç onillik boyunca çapıb-talayan Koçaryan-Sarkisyan cütlüyünə verilməli olduğunu deyiblər. Həmçinin bildiriblər ki, əgər Nikol Paşinyan həmin vaxtlar Ermənistanda hakimiyyətdə olsaydı bu gün Ermənistandakı situasiya ümumiyyətlə mövcuc olmazdı. Onların bu ittihamları isə müxalifətçiləri daha da qıcıqlandırıb və hakimiyyətə yönəlik deputatlar xəyanətkar adlandırılıblar.

Lakin hər şeyə rəğmən, fakt budur ki, belə mübahisələr səngimir və bundan sonra da səngiməyəcək. Çünki fakt Ermənistan müharibədən sonra çöküşü dövrünü yaşayır və onun yeganə xilası qonşuları ilə sülh şəraitində yaşamaq, ərazi iddiaları ilə çıxış etməmək, bunun yerinə təklif edilən iqtisadi imkanlardan istifadə etmək və regional iqtisadi layihələrə qoşulmaqdır. Əks halda bu ölkədəki yaxın vəziyyətin necə olacağını artıq indidən proqnozlaşdırmaq olar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...