Hazırki dövrədək 221 vətəndaşlığı olmayan şəxsə hüquqi yardım göstərilib

“BMT QAK 1990-cı ildən Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra öz torpaqlarından didərgin düşən vətəndaşlara köməklik göstərib”. SİA-nın verdiyi məlumata görə, bu sözləri BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçıqnlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə 1995-1997-ci illərdən başlayaraq təşkilat məcburi köçkün düşmüş şəxslərə maddi yardımla yanaşı, hüquqi yardımlar da göstərib: "İkinci Qarabağ müharibəsinədək təşkilat tərəfindən 10 mindən çox məcburi köçkün düşmüş şəxsə hüquqi yardımlar göstərilib. BMT QAK vətəndaşlığı olmayan və yaxud vətəndaşlığı təhülkə altında olan şəxslərə də köməklik göstərib. Çünki vətəndaşlığı olmayan şəxslərin də taleyi bizi çox maraqlandırır. 1990-cı illərin sonundan hazırki dövrədək 221 vətəndaşlığı olmayan şəxsə hüquqi yardım göstərilib. Həmin şəxslər hazırda vətəndaşlıq alıb, şəxsiyyət vəsiqəsi ilə təmin olunublar".

Bütün xəbərlər Facebook səhifəmizdə