BMT QAK-ın maliyyə dəstəyi ilə tərcümə və nəşr edilmiş kitabın təqdimat mərasimi keçirilir - YENİLƏNİR

Bu gün, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə tərcümə və nəşr edilmiş “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qaçqınlar, Sığınacaq axtaranlar və Vətəndaşlığı olmayan şəxslərlə bağlı İşlərə dair Qərarlarının toplusu” adlı kitabın təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəsi Guido Ambroso, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov, Azərbaycan Respublikasının Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının Sədri Ələddin Cəfərov çıxış edəcək.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə