Xarkovda 20 Yanvar faciəsi ilə bağlı bilbordlar quraşdırılıb

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə bilbordlar quraşdırılıb.

SİA xəbər verir ki, Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən anım aksiyasında nümayiş etdirilən bilbordda “Bakıda Qanlı Yanvar!” şüarı yazılıb, faciəyə aid şəkillər əksini tapıb.

Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov bildirib ki, 20 Yanvar faciəsinə dair şəhərin mərkəzi hissəsində 2 bilbord yerləşdirilib. Bilbordlar yanvarın sonlarına kimi nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...