Cəmiyyət özü də bu kimi məsələlərdə çox həssas olmalıdır - DEPUTAT MÖVQE BİLDİRDİ
"Cənab Prezident yerli kanallara müsahibəsində bir çox vacib məsələlərə toxundu". Bunu SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Deputat qeyd edib ki, dövlət başçısının toxunduğu məsələlərdən biri də məmurların fəaliyyəti ilə bağlı idi. Cənab Prezident bir daha ciddi xəbərdarlıq etdi. Bu məsələlərə həm ictimai, həm də media nəzarətinin olmasını xüsusi qeyd etdi.
Ceyhun Məmmədov bu barədə fikirlərini belə izah edib: "Əlbəttə ki, bugün Prezident Administirasiyası ilə yanaşı ictimaiyyətin də, medianın da nəzarəti önəmlidir. Cənab Prezident özü də qeyd etdi ki, o, bir sıra məlumatları mediadan alır. Ölkə başçısı bildirdi ki, mediadan müxtəlif məlumatları alaraq müəyyən müasir tapşırıq və göstərişləri verir. Hesab edirəm ki, bu çox önəmli bir məsələdir. Bunu hər kəs nəzərə almalıdır. Media işçiləri zaman-zaman cəmiyyətdə baş verən hadisələri müşahidə edərək işıqlandırıb, öz reaksiyasını verməlidir. Bu təkcə bir qurumun üzərinə düşən vəzifə deyil. Bu həm də cəmiyyətin üzərinə düşən bir vəzifədir. Cəmiyyət özü də bu kimi məsələlərdə çox həssas olmalıdır və yeri gəldikcə öz reakiyasını verməlidir. Bu baxımdan tək media yox, cəmiyyətin də nəzarət etməsi vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB