Erməni baş redaktor: “Rusların üzünə tüpürmək və bayraqlarını yandırmaq lazımdır” İLGİNC
ABŞ-dan fərqli olaraq Rusiyanın prezidenti Ermənistanın baş prokuroruna medal təqdim etdi, hansı ki, o (baş prokuror) daxil olmaqla digər onun kimiləri bütün rusiyapərəst xadimlərinə, hətta KTMT-nin baş katibinə (Yuri Xaçaturovu nəzərdə tutur) qarşı ittihamlar irəli sürmüşdülər.
SİA news.am-a istinadən xəbər verir ki, bu barədə özünün Facebook səhifəsində Ermənistanın politik.am saytının baş redaktoru Boris Murazi yazıb.
Erməni jurnalisti həmçinin nümunə gətirib. “Siz təsəvvürünüzə gətirə bilərsiniz ki, misal üçün, məhkəmə qarşısında Daniel İonasyan, Styopa Safaryan, Arman Babacanyan və başqa amerikapərəst xadimlər dayanıblar, onlara qarşı ittihamlar irəli sürülür, onlar prokurorluqdan müdafiə olunurlar, ABŞ isə bütün bunlara görə əsas cavabdehliyi daşıyan prokurora medal təqdim edir. Təsəvvürə gətirə bilmirsiniz, elədirmi?”, deyə erməni saytının rəhbəri yazıb.
Baş redaktor etiraf edir ki, bununla bağlı onda müəyyən və birmənalı olmayan təəssüratlar yaranıb. “Artıq məndə belə bir təəssürat yaranıb ki, rusların sizə qarşı müsbət yanaşması üçün ya vacib şəkildə sorosçuya çevrilməlisən, ya onların (rusların) üzlərinə tüpürəsən, ya da heç olmasa Rusiya bayrağını yandırasan”, Boris Murazi Rusiyanı və rusları təhqir edən fikirləri ilə gündəmə gəlib.
Xatırladaq ki, son zamanlar Ermənistanda anti-Rusiya xarakterli aksiyalar, siyasi arenalarda isə fikir və müzakirələr sürətlə artmağa başlayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB