Erməni diasporasının ideyaları Nijdenin ideyalarıdır - DEPUTAT MÖVQE BİLDİRDİ

Erməni diasporasının ideyaları Nijdenin ideyalarıdır - DEPUTAT MÖVQE BİLDİRDİ

"Fransada varlı və siyasi baxımdan fəal olan erməni diasporası Azərbaycan və türk nifrəti yaymaq üçün daim siyasi korrupsiyadan istifadə edib. Fransa parlamentinin qəbul etdiyi qeyri-qanuni sənədlər buna təzahür edir". Bunu SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.

Asim Mollazadə bu barədə fikirlərini belə izah edib: "Cənab Prezidentin də bəhs etdiyi Fransada prezidentliyə namizəd olan xanım Perkesin Azərbaycan ərazisinə qeyri-qanuni səfəri qəbuledilməzdir. Bu, məhz erməni diasporasının Azərbaycan və türk nifrəti yaratmaq məqsədilə baş vurduğu siyasi korrupsiyanın bariz nümunəsidir. Bununla yanaşı çox maraqlı vəziyyət yaranıb. Makron erməni diasporası üçün əlindən gələni edib, lakin erməni diasporası öz məqsədlərinə çatmaq üçün onun rəqibinə dəstək verərək onu Ermənistana və Azərbaycan ərazisinə gətirib. Bu da onu göstərir ki, erməni diasporasının ideyaları Nijdenin ideyalarıdır. Hazırda Fransa siyasi mühitində kim daha çox islamafob, Türkəfob, antisemit olursa, erməni diasporası ona daha çox dəstək olur. Əslində, bu çox təəssüf doğuran vəziyyətdir. Çünki bu Fransanın bəyan etdiyi ümumilli dəyərlərə ziddir. Eyni zamanda bu beynəlxalq hüquq normalarına ziddir. Əgər bu istiqamətdə müəyyən dəyişikliklər olmasa, gələcəkdə Fransada çox böyük xoşagəlməz hadisələr olacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə