"2022-ci ilin "Şuşa ili" elan olunması dünyaya bir mesajdır" - POLİTOLOQ ŞƏRH ETDİ
“Əvvəla, 2022-ci ilin "Şuşa ili" elan olunması Şuşanın əbədi və əzəli Azərbaycan torpağı olduğunu birmənalı olaraq bütün dünyaya bəyan edir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Natiq Miri deyib.

Politoloq ikinci səbəb olaraq bildirib ki, Şuşa Azərbaycan üçün önəmli bir inzibati ərazi vahidindən başqa, həm də mədəni, mənəvi baxımdan önəmli bir məkandır: "Üçüncüsü isə 2022-ci ilin "Şuşa ili" elan olunması dolayısıyla Qarabağın Azərbaycan üzərində bir növ suverenliyini təmsil edir. Dünyanı bu bölgəyə diqqətini cəlb edir ki, bu ərazilərin, xüsusilə də bütövlükdə ermənilərin də yaşadığı Qarabağ ərazisinin məhz Azərbaycan torpaqları olduğunu bilavasitə təsdiq edir. Eyni zamanda bunun daxili iqtisadi məsələlərə də ciddi şəkildə aidiyyatı var. Şuşa ilinin elan olunması həm də dövlət səviyyəsində diqqətin Şuşaya yönələcəyini göstərir və bu şəhərin bərpa olunmasından tutmuş, yeni və ən müasir kurort şəhərləri səviyyəsinə gətiriləcəyini də özündə ehtiva edir. Mənə elə gəlir ki, bu kontekstdə həm də Qarabağın azad olunmuş ərazilərində də yeni salınan yaşayış məskənləri ilə bağlı işlərin intensivləşdiriləcəyini də göstərir. Düşünürəm ki, bu sərəncam həm iqtisadi, həm siyasi, həm də hərbi yönümlü mesajdır. Artıq bundan sonra Şuşa kimi xüsusi əhəmiyyəti olan ərazilərin yenidən işğal olunmasının üstündən birdəfəlik xətt çəkmiş olsun. Çünki, bilirsiniz ki, hələ də Şuşanın yenidən qaytarılacağı ilə bağlı Ermənistanın faşist ideologiyasına söykənən siyasi qüvvələrində bu cür revanşist iddialar səslənməkdədir. Təkcə Ermənistanda deyil, hətta Qarabağda mövcud olan separatçı rejimin tör-töküntülərinin açıqlamalarında da biz bunu müşahidə edirik. Ona görə də 2022-ci ilin "Şuşa ili" elan olunması onların gözünə batan böyük bir tikandır və bu, onlara birdəfəlik nəinki Şuşadan, bütövlükdə Qarabağdan gözlərinin yığılması ilə bağlı verilən bir mesajdır. "Şuşa ili"nin elan olunması Qarabağda gedən bütün bərpa və yeni yaşayış məskənlərinin salınması prosesində intensivliyə gətirəcək və düşünürəm ki, bu da çox əhəmiyyətlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB