Biz özümüz öz işimizi həll etməli olacağıq -POLİTOLOQ MÖVQE BİLDİRDİ

Biz özümüz öz işimizi həll etməli olacağıq -POLİTOLOQ MÖVQE BİLDİRDİ

"Mənə elə gəlir ki, mina xəritələri ilə bağlı hansısa müsbət nəticələr gözləməkdənsə, elə öz işimizi davam etdirmək yaxşıdır. Çünki iki dəfə Ermənistan tərəfi bizə mina xəritələrini təqdim etdi. Hər iki halda xəritələr yanlış idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

İndi də Ermənistan tərəfi mina xəritələrini versələr, yenə yanlış xəritələri verəcəklər. Eyni zamanda Kəlbəcərdə törədilən təxribat göstərir ki, Ermənistan müxtəlif istiqamətlərdə həm rus sülhməramlılarının nəzarətində olan və başqa ərazilərdə yeni minalar basdırmağa çalışır. Bu daha təhlükəlidir.

Nadir Şəfiyev bu barədə fikirlərini belə izah edib: "Biz arxayın olmuşuq ki, minaları təmizləmişik. Oradan rahat bizim avtomobillərimiz, insanlarımız keçir. Eyni zamanda bu bir il ərzində Azərbaycan xaricdən xeyli sayda texnika alıb. Qardaş Türkiyədən dəstək gəlib. Müxtəlif mina axtaran itlər də gətirilib. Müxtəlif mina təmizləmə məqsədilə ağır qurğular da gətirilib ki, bunlarla iş görürük. Mənə elə gəlir ki, biz onlara imkan verməməliyik ki, onlar mina xəritələri ilə bağlı manipulasiya yaratsınlar. Onlar hər dəfə öz terrorçularını geri almaq üçün mina xəritələrindən istifadə edirlər. Azərbaycana təzyiq göstərmək üçün yenə də biz güzəştə gedərək mina xəritələrini təqdim etdik deyirlər. Ona görə mən düşünmürəm ki, birincisi onlar düzgün mina xəritələrini təqdim etməyəcəklər. İkincisi, biz bundan özümüzü asılı vəziyyətdə də qoymamalıyıq. Nəhayət, üçüncüsü belə bir məqam var ki, minaların yerləşdirildiyi, yəni ağır təmizlənən yerlər Ağdam, Kəlbəcər və Laçın ərazilərindədir. Mən özüm məlum olduğu kimi 1-ci Qarabağ müharibəsində iştirak etmişəm. Deməli, 2020-ci ildə ermənilər bu ərazilərdən qaçarkən minaları kortəbii səpələyiblər. Ona görə də, düşünürəm ki, mina xəritələrin verilməsini gözləməyə dəyməz. Biz özümüz öz işimizi həll etməli olacağıq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə