"Şuşanın qaytarılması Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının Ümummilli Lider Heydər Əliyevin məzarı önündə nümayiş etdirdiyi ehtiram, məhz ata vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunun göstəricisi idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.
Onun sözlərinə görə, strateji əhəmiyyətli məsələlərlə bağlı vəsiyyətlərin mövcudluğu və yerinə yetirilməsi yalnız oturuşmuş dövlətçilik ənənəsinə malik olan dövlətlərdə müşahidə edilə bilər: "Prezident İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa İli” elan etməsi dövlətimizin başçısının müdrikliyinin və uzaqgörənliyinin daha bir göstəricisi idi. Belə bir qərar əslində Azərbaycanın tarixən mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmli əhəmiyyət kəsb edir. Bu qərar bir daha təsdiq edir ki, tarixi ədalət bərpa olunub və Azərbaycan xalqı Şuşada bundan sonra əbədi olaraq yaşayacaq. Bu gün işğaldan azad etdiyimiz torpaqlarımızı bərpa edirik və Azərbaycanın uğurları hələ qabaqdadır".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB