Mina xəritələri 2022-ci ildə bütünlükdə təqdim ediləcəkmi? - HƏRBİ EKSPERT AÇIQLADI
"Təəssüflər olsun ki, Ermənistan heç bir beynəlxalq hüquqa əməl etmir. 30 ildən artıqdır ki, Ermənistan tərəfi işğalçılıq, terrorçuluq, seperatizm siyasətinə davam edir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi qadağan olunmuş silahlardan istifadə edir: "Təəssüflər olsun ki, Dünya Birliyi də buna konkret mövqe bildirmir. Ermənistanın əvvəlcədən verdiyi xəritələrin 25%-i düz çıxdı. Ümumiyyətlə Ermənistan tərəfi mina xəritələrini nə qədər tez versə, bizim üçün o qədər yaxşıdır. Ancaq Azərbaycan tərəfi həmin xəritələrin verilməsini gözləmədən özü də işğaldan azad olunmuş ərazilərdəki minaları təmizləyir. Cənab Prezidentin fərmanı ilə Mina Agentliyi yaradılıb. Bundan əlavə Müdafiə Nazirliyinin yeni hərbi hissələri yaradılıb. Qardaş Türkiyə də bu məsələ barədə çox köməklik edir. Minaların təmizlənməsi ilə yanaşı Azərbaycan həmin ərazilərdə bir sıra abadlıq-quruculuq işləri görür, yollar çəkir, hava limanı qurur. Qısa zamanda Azərbaycan bu ərazilərimizdə böyük işlər görür və bu işlər də davam edəcək".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB