Rusiya ilə Qərb arasında aparılan danışıqların nəticələrinə görə Moskvanın Krım üzərindəki suverenitetliyi tanına bilər. SİA xəbər verir ki, bu haqda National Interest nəşrində amerikalı politoloq Stiven Sabo yazıb. Ekspert Avropanın müharibədən sonrakı tarixindən bəhs edərək ABŞ və SSRİ-nin Avstriyanın neytral statusu barədə razılıq əldə etdiklərini xatırladıb. Onun sözlərinə görə, eyni yolla Ukrayna ətrafındakı situasiyanı da həll etmək mümkündür.
“ABŞ və onun Qərb partnyorları Rusiya hökumətinə hər iki tərəfin zəmanəti ilə Ukraynanın neytrallığını təklif edə bilərlər”, deyə Sabo adıçəkilən nəşrdəki analitika sütununda yazıb. O, qeyd edib ki, danışıqlar Ukraynanın beynəlxalq hüquqda tanınan siyasi sərhədlərini dəyişə bilər.
“Razılaşma halında Ukrayna üçün praktiki olataq itirilmiş Donbas Rusiya Federasiyasına daxil ola bilər. Krım da Rusiyanın hissəsi kimi qalacaq. Ukrayna isə öz siyasi və iqtisadi sistemi üzərində işlərini apara bilər”, amerikalı politoloq bildirib.
Bununla yanaşı, ekspert NATO-nun Ukraynanın ona üzv olacağı ilə bağlı 2008-ci ildə verdiyi vədini böyük səhv adlandırıb. “Amerikaya qeyri-stabil və korrupsiyalaşmış hökumət, eləcə də çoxsaylı azlıqları olan müttəfiq lazım deyil”, National Interest nəşrində amerikalı politoloq Stiven Sabo yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB