Gədəbəydə şəhid Elmar Cəfərovun məzarı ziyarət edilib FOTOLAR

Gədəbəydə şəhid Elmar Cəfərovun məzarı ziyarət edilib FOTOLAR

10.01.2022-ci il tarixində YAP Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy RİH başçısı aparatının məsul şəxsləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Şəhidimiz- rayonun Novosaratovka kənd sakini Cəfərov Elmar İlham oğlunun doğum günü münasibətilə, məzarı ziyarət edilib. Ziyarətçilər şəhidin məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar oxumuşlar.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə