119 şəxs barəsində Amnistiya Aktı tətbiq edilib - Prokurorluq tərəfindən
2021-ci il noyabrın 5-də “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın icrası ilə bağlı 2022-ci ili yanvar ayının 1-dək bilavasitə prokurorluq orqanları tərəfindən 119 şəxs barəsində amnistiya aktı tətbiq edilib. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 119.
Belə ki, 2022-ci ilin yanvar ayının 1-dək bilavasitə prokurorluq orqanları tərəfindən 119 nəfər barəsində amnistiya aktı tətbiq edilməklə şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilmiş, cəzaları azaldılmışdır.
Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB