Şuşa Azərbaycanın bir incisidir -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

Şuşa Azərbaycanın bir incisidir -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“İlkin olaraq Şuşanın Qarabağ üçün hansı anlamı ifadə etdiyinə baxmalıyıq. Hər birimizin də bildiyi kimi həmin ərazinin Şuşa qalası adlandırılması boşuna deyil”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu qala həm hücum, həm də müdafiə üçün strateji bir bölgədir: "Eyni zamanda Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Ermənilər uzun illər buranı “Şuşi” adlandıraraq öz torpaqları elan etmişdirlər. Lakin 2022-ci ildən artıq bütün dünyaya bir daha sübut etmək lazımdır ki, Şuşa Azərbaycanın ayrılmaz və bölünməz bir parçasıdır. Yeni ildən artıq bu torpaqlarda mədəni təbirlərin təşkili artmalı və həmin ərazilərə xaricilərin aparılması vacib bir məsələyə çevrilməlidir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə