2021-ci il Azərbaycan üçün qələbə və uğurlu bir il kimi tarixə düşdü - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

2021-ci il Azərbaycan üçün qələbə və uğurlu bir il kimi tarixə düşdü - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Cənab Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, 2021-ci ili biz 44 günlük Vətən müharibəmizi qələbə ilə başa vurduqdan sonra ilk dəfə idi ki, qələbə ili yaşadıq". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.
Onun sözlərinə görə, ən böyük sevincimiz qürurumuz elə budur: “2021-ci ildə işğaldan azad olunmuş ərazilərimizdə bərpa, quruculuq işləri çox sürətlə davam etdirilir. Yollar, kommunikasiya xətləri çəkilib, hava limanlarından birinin açılışı həyata keçirilib, digərlərində isə iş davam edir. İşğaldan azad olunmuş ərazilərimizə çoxsaylı səfərlər oldu. Təkcə Şuşa şəhərinə cənab Prezidentimizin yeddi səfəri baş tutub. Bu özü böyük bir sevincdir. Eyni zamanda başqa ərazilərimizə də cənab Prezidentimizin ailə üzvləri ilə birgə səfərləri baş tutub. Eyni zamanda media işçiləri, qeyri-hökumət təşkilatları üzvlərinin, diplomatik korpus nümayəndələrinin, əcnəbi qonaqların, vətəndaşların səfərləri də olmuşdur. İşğaldan azad olunmuş ərazilərimizdə ermənilərin törətdikləri faciələr dünya ictimaiyyətinə çatdırılıb. Beynəlxalq səviyyədə xarici siyasətimizdə də uğurlar qazanmışıq”.

Millət vəkili həmçinin bildirib ki, Moskva, Soçi, Aşqabad, Brüsseldə cənab Prezidentimizin çox uğurlu görüşləri baş tutub: “Bu da xarici siyasətimizin və diplomatiyamızın qələbəsindən xəbər verir. Vətən müharibasində ədalətli müharibəmizin tanıdılması, qəbul olunması istiqamətində cənab Prezidentimiz tərəfindən təbliğat, maarifləndirmə işləri həyata keçirilib. Eyni zamanda ölkəmizdə baş verən sevindirici uğurlar, inkişaf, iqtisadi sahədə qazandığımız uğurlar, pandemiya sahəsində göstərdiyimiz cəhdlər nəticəsində daha çox itki verilməsinin də qarşısı alınmışdır. Bu istiqamətdə də uğurlarımız və dünyaya cənab Prezidentimizin çağırışları var. Dəfələrlə böyük tədbirlərdə iştirakı zamanı cənab Prezident ədalətli olmaq çağırışlarını səsləndirmişdir. Yəni Azərbaycan 2021-ci ildə bütün sahələrdə uğurlar qazanıb və atdığı addımların demək olar ki, hər biri öz müsbət nəticələrini göstərib. Ümumilikdə isə 2021-ci il birmənalı olaraq Azərbaycan üçün qələbə ili və uğurlu bir il kimi tarixə düşdü”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə