“Qarabağda antiterror əməliyyatları haqqında da düşünmək məcburiyyətindəyik”
Qarabağda erməni təxribatının qarşısının alınmasının iki konkret yolu var. Birincisi Laçın dəhlizini nəzarətə götürmək lazımdır ki, orada sərhəd və gömrük xidmətimiz olsun ki, bu da Qarabağ separatçılarının maliyyə, hərbi texnika, narkotik maddələr daşınmasın. Bu sözləri SİA-ya açıqlamasında Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, ikinci yol isə biz artıq Qarabağda antiterror əməliyyatları haqqında da düşünmək məcburiyyətindəyik: “Çünki erməni separatçılar tərksilah olunmadı. Qarabağdakı Rusiya hərbçiləri onları tərksilah etmək istəmir. Ona görə də bu işi biz özümüz görməliyik. Hardrudda komando birliyimiz yaradılıb. Bu komanda birliklərinin sayı da artılacaq. Antiterror əməliyyatları həyata keçirmək, silahlarını əllərindən almaq lazımdır. Yoxsa onlar daimi şəkildə orada yaşayan Azərbaycanlılara təhlükə yaradacaqlar. Bunun başqa alternativ yol yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB