Azərbaycanın bu sahədə özünəməxsus uğurları var - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilidi. Görüşdə pandemiyaya qarşı mübarizə məsələləri əsas müzakirə mövzusu oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, MDB məkanı postsovet ölkələrinin ortaq siyasi-mədəni məkanı olmaqla bir çox sahələrdə bənzər infrastruktura və ənənlərə malikdirlər: “Belə sahələrdən biri də tibb və səhiyyə sistemləri arasında olan bənzərlikdir. Məhz koronavirus pandemiyasına qarşı mübarizədə də uyğun təcrübələri bölüşməklə pandemiyaya qarşı daha effektiv mübarizənin aparılması məsələləri xeyli dərəcədə aktualdır. Aydındır ki, Azərbaycanın bu sahədə özünəməxsus uğurları var. Bu həm ölkəmizin əldə etdiyi şəxsi təcrübə ilə həm də Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla ixtisaslaşmış beynəlxalq təşkilatlarla birlikdə əldə edilən təcrübələrin bölüşülməsi sahəsindədir. Azərbaycan istər qoruyucu vasitələrin əlçatanlığının təmin edilməsi, istərsə də Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı mübarizənin daha səmərəli və koordinasiyalı şəkildə aparılması üçün BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsinə nail olmuş ölkə kimi bu sahədə inkulizivliyin təmin olunmasına mühüm töhfələr verilməsi istiqamətində addımların atılmasını təşviq edib".
H.Babaoğlunun fikrincə nəzərə almaq lazımdır ki, MDB ölkələrinin əhalisi öz aralarında ən intensiv şəkildə turizm mübadiləsi edən ölkələrdir: “Yəni demoqrafiq ünsiyyət xeyli dərəcədə sıxdır. Belə olan halda şübhəsiz ki, pandemiyaya qarşı da ortaq mübarizə aparmaq üçün şərtlər formalaşır. Ona görə də belə bir görüşün keçirilməsi zərurəti yaranmışdı. Bu həm də MDB dövlət başçılarının qeyri-rəsmi formatda ikitərəfli münasibətləri müzakirə etmək imkanları baxımından yaxşı bir fürsət idi”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB