Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi anılıb FOTOLAR
Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının fəalları Milli Qəhrəman Çingiz Qurbanovun Qusar şəhər Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər. Milli Qəhrəman Çingiz Qurbanov 29 dekabr 2016-ildə erməni təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olub. Anım mərasiminin iştirakçıları Milli Qəhrəmanın əziz xatirəsini ehtiramla yad etmiş və ruhuna dualar oxumuşlar. Şəhidin ailə üzvləri ilə görüş zamanı atası Salman Qurbanov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB