Ordu islahatları nəticəsində təhlükəsizlik daha etibarlı şəkildə qorunur - EKSPERT RƏYİ

Ordu islahatları nəticəsində təhlükəsizlik daha etibarlı şəkildə qorunur - EKSPERT RƏYİ

“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev öz ailə üzvləri ilə birlikdə dekabrın 24-də Hadrut qəsəbəsindəki səfərindən sonra Şuşa şəhərinə də səfər edib. Əlamətdar bir hadisədir ki, cənab Prezident öz ad günlərinin hər zaman işgüzar səfərlərdə olur. 50 illik yubileyini Ağcabədidə, 60 illik yubileyini isə Qarabağda Şuşada keçirdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində cənab Prezident öz çıxışlarında Ermənistan tərəfinə də mühüm siyasi, hərbi mesajlar verib: “Eyni zamanda cənab Prezidentin Şuşada niqtində verdiyi mesajlardan da aydın görmək olur ki, Azərbaycan öz niyyətlərinə çatır. Artıq Azərbaycan Qarabağdadır, Şərqi Zəngəzurdadır. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin ötən il 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi möhtəşəm qələbədən sonra olub. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır və bizim üçün çox böyük mənəvi dəyəri var. Cənab Prezidentin Şuşaya bu il sayca 7-ci səfəri idi. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması və burada asayişin yüksək keyfiyyətlə qoruması üçün bir çox addımlar atılır”.

İ.Hüseynov vurğulayıb ki, bu xüsusda Komanda Hərbi Hissəsinin açılışı da önəmlidir: “Azərbaycan Silahlı Qüvvələri bu gün keyfiyyətcə yeni standartlar üzərində formalaşır. Orduda genişmiqyaslı islahatlar həyata keçirilir və bu islahatların nəticəsində təhlükəsizlik mühiti daha etibarlı şəkildə qorunur. Komanda Hərbi Hissəsində hazırlanan hərbi qulluqçular Azərbaycan Xüsusi Təyinatlılarının tərkibində xidmətlərini davam etdirəcəklər. Vətən müharibəsi dövründə də biz Azərbaycan Xüsusi Təyinatlılarının yüksək səviyyədə ustalığını gördük. Onların xidmətləri sayəsində Şuşa şəhəri işğaldan azad olundu. Düşünürəm ki, cənab Prezidentin sonuncu səfəri çox önəmli bir səfər idi”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə