"Ölkəmizdə Həmrəylik Günü böyük təmtəraqla qeyd olunur" - MÜSNASİBƏT
"Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xüsusi qeyd olunması Ümummilli liderimizin Sovetlər birliyi dönəmində xüsusi önəm verdiyi məsələlərdən biri idi. Ulu Öndər elə həmin dövrlərdə dünyanın bir çox ölkələrində olan azərbaycanlılarla, ziyalı şəxslərlə əlaqələr qurmağa çalışmışdır. Nəhayət Azərbaycan müstəqillik əldə etdikdən sonra bu artıq çox böyük bir zərurətə çevirildi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.
Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev Naxçıvanda Ali Məclisə rəhbərlik etdiyi zamanlarda belə bir təşəbbüş göstərdi, Azərbaycan Ali Sovetinə müraciət etdi və həmin müraciəti nəzərə alaraq 31 dekabrın Dünya Azərbaycanlılarının Həmləylik Günü olması barədə qərar qəbul etdi: "Bu sadəcə olaraq bir qərar deyildi, sonradan Ümummilli lider hakimiyyətə gəldi və dünyanın hər hansı bir yerinə səfər etdikdə Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü bərpa etmək uğrunda bütün mübarizələrində müxtəlif ölkələrdə olan dünya azərbaycanlılarının bir yerə yığılmasını, Azərbaycan Respublikasına öz ata yurdu kimi baxmasını nəinki təbliğ etdi, həmçinin parçalanmış insanları, cəmiyyətləri inandırdı. Eyni zamanda azərbaycanlıların yaşadıqları öz tarixi yurdlarında, yəni Cənubi Azərbaycanda, Şərqi Anadoluda, Şimali Qafqazda, Gürcüstanda bir sözlə ki, həmin ərazilər azərbaycanlıların tarixi vətənidir burada yaşayan azərbaycanlılarla əlaqələr də sıxlaşdırıldı. Dünya azərbaycanlılarının böyük bir hissəsinin vətənpərvərlik hisslərinin, duyğularının oyanması üçün bu çox mühüm şərt oldu. Bu gün də biz bu sahəyə çox böyük həssaslıqla yanaşırıq. Ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü böyük təmtəraqla qeyd olunur. Hətta son illərdə tək Azərbaycan diasporu yox, ümumiyyətlə türk xalqları diasporları da bunun ardınca gələcək. Bir yerdə fəaliyyət göstərmək üçün xüsusilə də Avropada, Amerikada başqa xarici ölkələrdə biz cəhdlər göstəririk, planlar hazırlayırıq, çünki dünyanın müxtəlif ölkələrində olan hər bir azərbaycanlı, hər bir türk Azərbaycanın taleyi ilə maraqlanmalıdır və xalqımızın dünya miqyasında özünəlayiq bir yer tutması üçün çalışmalıdır. Buna təkən verən hadisələrdən biri də Qarabağ uğrunda mübarizədə möhtəşəm zəfərimiz oldu. Yəni bu zəfər tək Azərbaycan xalqının yox, ümumiyyətlə, dünya azərbaycanlılarının nüfuzunu yüksəltdi. Bu da təbii ki, vətən ətrafında sıx birləşmək üçün onlara yeni bir qüvvə verdi. Eləcə də bu türk dünyasının birləşməsinə də aiddir. Bu gün bütün türk dünyasında bu məsələ haqqında danışırlar, rəsmi məclislərdə deyirlər, çox böyük bir fəxr hesab edirlər ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bunun arxasında Azərbaycan Prezidenti, dünya azərbaycanlılarının lideri, türk dünyasının liderlərindən biri olan İlham Əliyevin tükənməz zəhməti, mübarizəsi və yüksək vətənpərvərliyi dayanır ki, biz bu nailiyyətləri qazanırıq və nəzərdə tutulan miqyasda getdikcə yeni uğurlar əldə olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB