Prezident və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidində dua ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəliblər.
SIA xəbər verir ki, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidində dua ediblər.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında bunu əks etdirən görüntülər paylaşıb.
Paylaşımda deyilir:
"Allah bütün duaları qəbul etsin və öz mərhəmətini xalqımızdan əsirgəməsin!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB