“Prezident İlham Əliyev Azərbaycana qələbə sevinci yaşadır” – KOMİTƏ SƏDRİ MÜNASİBƏT BİLDİRDİ
Heydər Əliyev kimi Ümummilli Lideri və İlham Əliyev kimi rəhbəri olan bir xalq xoşbəxtdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, bu ifadələr bu gün yalnız biz azərbaycanlıların dilindən eşidilmir və uğurlarımızla tanış olan, qələbələrimizi görən dünya xalqları və dövlətləri bu fikirdədirlər.
“Bu tarixi reallıqlardır ki, Heydər Əliyev sağlığında öz həyatını xalqına həsr etdi, Azərbaycanı ağır bəlalardan qurtardı, tanıtdırdı və şöhrətləndirdi, sabahımıza yollar açdı. Bu gün, özü kimi inandığı və arxalandığı övladı - hörmətli Prezidentimiz cənab İlham Əliyev bu yolu inamla, cəsarətlə davam etdirir və Azərbaycana qələbə sevinci, Ulu Öndərin və Azərbaycan xalqının illərlə həsrətində olduğu sevinci yaşadır. Torpaqlarımız azaddır və bu əziz gündə Heydər Əliyevin ruhu şaddır, bizimlədir. Cənab İlham Əliyevin ən böyük uğuru xalqına məhəbbəti, Ulu Öndərin ideyalarına sonsuz sədaqətdir.
Hörmətli Prezidentimiz on il bundan əvvəl 50 yaşını Ağcabədidə Laçınlı qaçqınların məskunlaşdığı şəhərcikdə keçirdi və orada gecələdi, “Siz mənim ailəmsiz, sizin yanınızdayam”, dedi. Qəlbində torpaq həsrəti yaşadan sakinlərlə rəhbərin qəlbi bir döyünürdü və torpaq, yurd həsrəti unudulmaz idi. Prezident onlara söz vermişdi ki, torpaqlarımız azad olunacaq və o vədinə əməl etdi. Xalqı ilə bir olan, insanların böyük hörmət və etimadını qazanan rəhbər xoşbəxtdir. Cənab İlham Əliyev onlardan birincisidir. O əbədi yaşar insandır.
Hörmətli Prezidentimizi ürəkdən təbrik edir, xalqımızın xoşbəxt və firavan həyatı naminə ona uzun ömür, can sağlığı arzulayırıq”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB