Caliber-in danılmaz faktları Bakının antiterror əməliyyatları keçirməsinə zəmin yarada bilərmi?
“Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyətini hüquqi cəhətdən təsdiq edən 2020-ci ilin noyabr bəyanatı imzalandığı andan bir ildən çox müddət keçib. Lakin hələ də üçtərəfli bəyanatın bir çox bəndləri erməni tərəfindən sabotajçılığa uğradılır”. SİA xəbər verir ki, bu barədə rusdilli Caliber analitik informasiya mərkəzinin hazırladığı videosüjetdə bildirilir.
Qeyd edilir ki, əgər Bakının Zəngəzur dəhlizi məsələsində müəyyən irəliləyişləri nəzərə çarpırdısa, razılaşmanın 4-dü bəndində göstərilən və erməni silahlı formalaşmaların rusiyalı sülhməramlıların Qarabağa daxil olması ilə paralel şəkildə bölgədən çıxarılması məqsədini daşıyan tələbin Ermənistan tərəfindən yerinə yetirilməməsi aktuallığında qalmaqdadır.
Caliber qeyd edir ki, məlum olduğu kimi, sülhməramlılar Qarabağa yerləşdilər, ancaq buna baxmayaraq onların müvəqqəti məsul olduqları ərazilərdə erməni hissələri qalmaqda davam edir.
Bu “dəlikdən” Ermənistandan Qarabağa hərbi geyimlərini mülki geyimlə əvəzləyən müqaviləli hərbçilərdən tutmuş Fransa prezidentliyinə namizədlərə qədər hər kəs istifadə edir
“Ayrıca süjeti “Laçın dəhlizinə”, yaxud daha dəqiq deyilərsə - demək olar ki, hər kəsin nəzarətsiz şəkildə keçdikləri “Laçın dəliyinə” həsr etmək olar”, deyə vurğulanan videoşərhdə xatırladılır ki, bu “dəlikdən” Ermənistandan Qarabağa hərbi geyimlərini mülki geyimlə əvəzləyən müqaviləli hərbçilərdən tutmuş Fransa prezidentliyinə namizədlərə qədər hər kəs istifadə edir: “Rusiya sülhməramlılarının bir şüşə arağa, ya da bir blok siqaretə görə bu cür qanunsuz səfərlərə gözlərini yummalarını düşünmək sadəlöhvlük olardı – halbuki bu motiv də tez-tez göstərilir. Ancaq problem daha dərindir”.
Analitik mərkəz izləyicilərə Ermənistan tərəfinin noyabr razılaşmalarındakı 4-dü bəndə əməl etməməsi ilə bağlı bəzi insaydları açır və qeyd edir: “Bizə məlum olduğu kimi, Bakının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdəki separatçı silahlıların olması ilə bağlı əsaslı etirazlarına rusiyalılar növbəti bəyanatlarını veriblər. Sən demə, üçtərəfli bəyanatın heç bir yerində dəqiq olaraq yazılmayıb ki, Rusiya sülhməramlıları erməni hərbçilərini Qarabağdan çıxarmalıdırlar. Rusiya Federasiyasının sülhməramlı güclərinin funksional məsuliyyəti sülhün təmin edilməsindən ibarətdir. Lakin erməni qanunsuz formalaşmalarının regiondan çıxarılması rusiyalıların kompetensiya sferasına guya daxil deyil”.
Sülhməramlı kontingentin möhkəmləndirmə, fortifikasiya və mühəndis işləri aparan quldur formalaşmalarını müdafiə etmək funksiyası nə zamandan mövcuddur?
“Əlbəttə ki, sülhməramlıların bu cür düşüncələri heç bir tənqidə tab gətirə bilməz. Gəlin açıq danışaq. Əgər biz hər bir hərfə ayrı-ayrılıqda istinad edərək, bu zaman üzə çoxsaylı narahatlıq yarada biləcək suallar çıxara bilərik. Misal üçün, üçtərəfli bəyanatın hansı bəndində yazılıb ki, Qarabağda Rusiyanın Fövqəladə Nazirliyinin humanitar fəaliyyəti göstərməlidir? Heç bir yerdə, lakin bu, praktikada işləyir və Azərbaycan tərəfi yerlərdə əhaliyə humanitar yardımın göstərilməsi üçün heç vaxt bu kimi fəaliyyətə maneələr yaratmayıb”, bildirən Caliber-in videoşərhində davam edilir: “Yaxud sülhməramlılara belə bir sual ünvanlana bilər. Etibarlı mənbələr tərəfindən əldə edilərək təqdim edilən videoda biz görürük ki, qanunsuz silahlı formalaşmalar inamla səngərlər qazırlar. Onlara “nəzarət” edənlər isə - tamamilə doğrudur, rusiyalı sülhməramlı qüvvələrdirlər! Biz rusiyalıların təmas xətlərində kənd təsərrüfatı işlərinin təhlükəsizliyinin təmin edilməsinə anlayışla yanaşırıq, halbuki bu məsələ də onların olmayan mandatlarında qeyd edilməyib. Lakin bizim videoda gördüklərimiz – axı bu rus hərbçilərinin erməni quldurlarını açıq şəkildə hərbi təhlükəsizliklərini nəzarətdə saxlamalarıdır. Bəlkə generallar Rüstəm Muradov və Aleksey Avdeyev bizim sadə sualımıza cavab verərlər ki, sülhməramlı kontingentin möhkəmləndirmə, fortifikasiya və mühəndis işləri aparan quldur formalaşmalarını müdafiə etmək funksiyası nə zamandan mövcuddur?
Və ya daha bir sual-nəyə görə sülhməramlılar erməni quldur formalaşmalarının fəaliyyətinin qarşısını almırlar? Söhbət konkrert olaraq Ağdərədəki ümumqoşun hərbi poliqonundan, Xocalıdakı tankodrom da daxil olmaqla iki hərbi poliqonlardan, həmçinin ermənilərin Tonaşen adlandırdıqları Təpəkənd poliqonundan gedir”.
Rus əsgər və zabitlərinin xeyir-duaları altında və əllərində silahlarla sülənən cəlladlar orada olarkən bizim əhali Xocalıya geri dönəcəkmi?
“Bizim əlimizdə həmçinin Rusiya sülhməramlıları kontingentinin separatçılanı Xocalıda keçirdikləri tank təlimləri ilə bağlı Azərbaycanın müraciətinə etinasız yanaşması faktı da var. Bu haqda dəqiq informasiyanı biz mütləq dərc edəcəyik”, deyə caliber-in videometarialında vurğulanır və qeyd edilir ki, erməni formalaşmalarının Qarabağdan çıxarılmaması bütövlükdə qaçqınların öz yaşayış yerlərinə geri dönmələrini nəzərdə tutuan üçtərəfli razılaşmanın 7-ci bəndinin realizəsinə başlamağa imkan vermir: “Rus əsgər və zabitlərinin xeyir-duaları altında və əllərində silahlarla sülənən cəlladlar orada olarkən bizim əhali Xocalıya geri dönəcəkmi?
Onu da etiraf etmək lazımdır ki, rusiyalı sülhməramlı konntingentinin mövqeyində Bakı üçün pozitiv siqnallar da var. Əgər sislahlı separatçıların Azərbaycan ərazisindən çıxarılması rusiyalı sülhməramlı kontingentinin məsuliyyəti üzərində deyilsə, onda həmin məsələ ilə müvafiq olaraq Azərbaycanın xüsusi təyinatlı qüvvələri məşğul ola bilər. Əminik ki, Yaşmadan olan uşaqlar, dəniz pişikləri, Yarasa və Azərbaycan Silahlı Qüvvələrinə adi olan başqa xüsusi bölüklər qarşıya qoyulan antiterror əməliyyatları məsələsini dəqiqliklə və həvəslə yerinə yetirərlər. Biz uzun müddət silah doldururuq, amma erməni quldurlarının başına atəş yağdıranda bu heç də az görünməyəcək”.
Tərcümə etdi,
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB