"Yəmən-Azərbaycan əlaqələrinin gələcəyi üçün daha yaxşı çalışmalıyıq"
Əbdül Həmid Əl-Kibi
Gənc yəmənli yazıçı
İki qardaş ölkə - Yəmən ilə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci il fevralın 25-də qurulub. Lakin onlar arasında münasibətlər hələ də möhkəm mərhələyə gəlib çatmayıb.
İki ölkənin səfirləri hələ də "qeyri-rezident" kimi işləyirlər, çünki Sənada və Bakıda səfirlikləri yoxdur və diplomatik əlaqələr iki paytaxtda qeyri-rezident səfirlər vasitəsilə aparılır.
Bütün bunlara baxmayaraq, son illərdə iki ölkənin əlaqələri xarici işlər nazirlərini bir araya gətirən görüşlər və Yəmən xarici işlər nazirinin aprelin 6-da Bakıda keçirilən Qoşulmama Hərəkatının Müvəqqəti Nazirlər Konfransında iştirakı ilə səciyyələndi.
24 oktyabr 2019-cu il tarixində Bakıda keçirilən Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısı çərçivəsində Yəmənin xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin səfərini yada salaq. Yəmən Prezidenti Azərbaycan Respublikasının Yəməndəki qeyri-rezident səfirini də qəbul edib, lakin yüksək səviyyəli görüşlər olmayıb.
İki qardaş ölkə bir çox beynəlxalq və islam təşkilatlarının üzvüdür. Azərbaycan Bakıdakı Azərbaycan Diplomatik Akademiyasında (ADA) yəmənli tələbələrə akademik təhsil aldıqları müddətdə maliyyə qrantları və onların xərclərini ödəmək üçün vəsait ayrılıb. Bütün bunlar onların mənzil, yaşayış, biletlər və tibbi sığortalarına böyük köməklikdir.
Buraya bir neçə elmlər üzrə bakalavr dərəcəsi və magistr dərəcəsi almaq xərcləri də daxildir. Bununla əlaqədar olaraq, biz ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin gücləndirilməsində, bu əlaqələrin əhatə dairəsinin digər məqsədyönlü sahələrə, o cümlədən gənclərin maraqlarının genişləndirilməsinə xüsusi marağımızı bildiririk.
Bu, Səna ilə Bakı arasında ikitərəfli münasibətlərə tez və müsbət təsir göstərəcək.
Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AlDA) ikitərəfli diplomatiya aspektində Yəməndə humanitar böhranla mübarizə aparmaq üçün Prezident İlham Əliyevin səxavətli göstərişləri əsasında Yəmənə maliyyə dəstəyi göstərmişdir.
Bu dəstək yəmənliləri ağırlaşdıran müharibə və münaqişə şərtlərindən yaranıb. Qeyd edək ki, bu agentlik Azərbaycan Respublikası tərəfindən beynəlxalq humanitar və inkişaf yardımının göstərilməsi üçün xüsusi məsuliyyət daşıyır və onun müxtəlif humanitar və inkişaf proqramlarını dəstəkləmək üçün bu sahədə bütün aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə və təşkilinə əsaslanır.
Azərbaycan xalqı və onun müdrik rəhbərliyi bütün dünya xalqlarının sülh içində yaşamasına görə imkan daxilində dəstəyini ifadə edib.
Bu, iki qardaş ölkə və müxtəlif ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə və həmrəylik ruhunun dərinləşməsinə töhfə verir. Odur ki, biz yəmənli gənclər olaraq əməkdaşlıq sahəsində yenilənmiş və qabaqcıl şəkildə irəliləmək üçün iki qardaş ölkə və xalq arasında əlaqələrin davamlı inkişafını səbirsizliklə gözləyirik.
Yəmənin və onun xalqının son illərdəki münaqişə və müharibə səbəbindən vəziyyəti Azərbaycanla münasibətlərin “bir göz qırpımında” inkişafını sürətləndirmək üçün əlverişli olmaya bilər. Lakin biz Azərbaycanın Yəmənlə bağlı səylərini və Bakının dəstəyini hiss edirik. Azərbaycan və onun xalqı ölkəmizə humanitar yardım göndərir.
Biz öz növbəmizdə sabitlik, ərazi bütövlüyü və onun üzərində suverenlik naminə Azərbaycanla Həmrəylik. Biz gənclər olaraq Azərbaycanın və onun qardaş xalqının tərəfində olduğumuzu təsdiqləyərək, Azərbaycanla daha çox fikir mübadiləsi aparmağa çağırırıq.
Və yəmənli yazıçı və jurnalistlərimizin Azərbaycanla bağlı, 30 il erməni işğalında inləyən torpaqların azad edilməsi, Qarabağda bərpa, quruculuq işlərinin aparıldığı, ölkədə gedən sürətli inkişafdan bəhs edən yazıların yerli mətbuatda dırcini gözləyirik. Biz bütün sahələrdə Azərbaycan xalqı ilə həmrəylik.
Prezident İlham Əliyevin və onun hökumətinin rəhbərliyi ilə Azərbaycanın necə müasir, sivil ölkəyə çevrildiyini şahidiyik. Nəhayət, Bakı rəhbərliyinə bir təkliflə çıxış etmək istərdim ki, “iki ölkə və qardaşlar arasında əlaqələrin genişlənməsinə kömək etmək üçün gənclərin təşəbbüsü və ya forumu keçirilməlidir. Uğurlu proqramların tərtibi üçün bu hissənin faydalarını bölüşmək istərdik.
Biz əminik və ümid edirik ki, Prezident İlham Əliyev, onun hökuməti və qardaş Azərbaycan xalqı bu təklifi dəstəkləyəcək.
Ümid edirik ki, iki qardaş ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi istiqamətində Azərbaycandan üzümüzə pəncərəsi açılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB