Ermənistan prosesi ləngitməyə ümidlərini tamamilə itirib - PARTİYA SƏDRİ MÖVQE BİLDİRDİ

Ermənistan prosesi ləngitməyə ümidlərini tamamilə itirib - PARTİYA SƏDRİ MÖVQE BİLDİRDİ

"Azərbaycan Brüssel görüşündən sonra 10 erməni hərbiçini geri qaytarmağa razılıq verdi. Bu ermənilər 16 noyabr qarşıdurması zamanı əsir götürülənlər idi. İndi həmin əsir götürülənlərin 21 nəfəri hələ də bizdədir. Azərbaycan bu addımı nə üçün atdı? Bundan hər hansı qarşılıq gözləyirmi? Azərbaycan bununla özünün humanist dövlət olduğunu bir daha nümayiş etdirmək üçün bu addımı atdı". Bu fikirləri SİA-ya Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov deyib.

O, qeyd edib ki, ermənilərin bizə qarşı hansısa addım atmaq imkanı demək olar ki, qalmayıb. Mina xəritələrinin hamısını verdilər. Onun isə yalnız 20-25 faizi həqiqətə uyğun oldu. Bütövlükdə bu addım danışıqlar mövqeyini normallaşdırmaq, müəyyən addımların atılmasını asanlaşdırmaq məqsədi daşıyır. Azərbaycan və Ermənistan çox ciddi mərhələyə qədəm qoyur.

Abutalıb Səmədov bu bardə fikirlərini belə izah edib: "Avropa Birliyinin vasitəçiliyi ilə keçirilən görüşdə mühüm addım atıldı. Əslinə qalsa, Brüssel görüşünün əsas mahiyyəti də bundan ibarət idi ki, münasibətlər biraz da normallaşsın. Bu istiqamətdə mən düşünürəm ki, nəticə də var. Bundan sonra isə mən güman edirəm ki, Ermənistan zəruri addımlar atmalıdır. Dəmiryolu tikintisinə artıq başlanması ilə bağlı tapşırıqlar verilib. Artıq görünür ki, Ermənistan bu prosesi ləngitməyə ümidlərini tamamilə itirib ki, bu da bizim üçün çox böyük uğur sayıla bilər. Bu proses, hesab edirəm ki, davam edəcək və Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə addım-addım nail olacaq. Brüssel görüşü də bir daha göstərdi ki, bu prosesi ləngitmək, yaxud başqa hansısa revanşa ümid etmək, vəziyyətin dəyişəcəyinə ümid etmək xam-xəyallardır və bunlardan əl çəkmək lazımdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə