"Prezidentin bu mesajı təsirsiz ötüşməyəcək" - HÜQUQ MÜDAFİƏÇİSİ MÖVQE BİLDİRDİ
"Cənab Prezidentin Brüssel səfəri nə qədər işgüzar və gərgin keçsə də belə, yenə də Prezident vaxt taparaq İspaniyanın ən böyük mətbu orqanı olan El Pais qəzetinə müsahibə verməyə imkan tapdı. Cənab Prezident bu addımı bilərəkdən atdı ki, Avropa İttifaqının divarları çərçivəsində baş verən görüşlər, müzakirələr və sairdən əlavə olaraq hansısa mətbuat orqanı vasitəsi ilə Azərbaycanın haqq işi, haqq sözü Avropaya çatdırılsın". Bunu SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

O, qeyd edib ki, "El Pais" qəzeti yalnız İspaniyanın deyil, həm də Avropanın ən çox oxunan qəzetlərindən biridir: "Hesab edirəm ki, bu cənab Prezidentin çox uğurlu addımlarından biri kimi dəyərləndirilə bilər. Bu mətbuata müsahibə zamanı cənab Prezident çox məsələlərə toxundu. Əvvəla, erməni vəhşiliyinin, erməni vandalizmi nəticəsində Ağdamda, Füzulidə və digər işğaldan azad edilmiş ərazilərimizin xarabalığa çevrilməsini xatırlatmaqla erməni vandalizminin iç üzünü bir daha açıb göstərmiş oldu. Sülh danışıqlarının Ermənistan tərəfindən heç bir əsas olmadan pozulması və delimitasiya, demarkasiyası işlərinin ləng getməsi və Azərbaycan ərazilərini tanıyırıq və ya tanımırıq deyilməsinə onların çətinlik çəkməsi, susqunluğu və təxribatlar haqqında cənab Prezident danışdı. Cənab Prezident bildirdi ki, 44 günlük müharibədən sonra kapitulasiya aktına imza atan ermənilər təxribat törətməyə meyillidirlər".
Çingiz Qənizadə bu barəd fikirlərini belə izah edib: "Prezident həmçinin bəyan etdi ki, müharibədən sonra həm erməni cəmiyyətində, həm erməni hökumətində revanşizm meyilləri var. Onlar uğursuzluqlarını qəbul edə bilmir və istənilən formada təxribat törətməyə meyillidirlər. Onlar bu cür təxribatları Rusiya sülhməramlıların nəzarət ediyi ərazilərdə böyük formatda həyata keçirə bilmədikdə bunu sərhədlərimizdə həyata keçirməyə çalışırlar. O, cümlədən orada 16 noyabr hadisələri, ondan əvvəl baş verənlər orada vurğulandı. Cənab Prezident mətbuat vasitəsiilə vurğuladı ki, Ermənistan hakimiyyəti burada danışıqlar aparsa da, həm onun siyasi dairələrində, həm də cəmiyyətində revanşizm meylləri var. Bölgədə sülhün təmini üçün aparılan işlərin ən mühümlərindən biri kimi erməni cəmiyyətində revanşizm fikirlərindən qurtulmaq olacaq. Əgər erməni hakimiyyəti və cəmiyyətində revanşist fikirlərdən əl çəkiləcəksə, sülhün yaranmasına ümid daha da artacaq. Cənab Prezidentin bu mesajı təsirsiz ötüşməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB