Bəuyanat çox önəmli olan bir məqamı özündə əks etdirdi - ŞƏRH EDİLDİ
"Sarkisyan-Köçəryan cütlüyü bu gün bütün dünyanın qəbul etdiyi reallıqları qəbul etməyərək revanşist ritorika ilə erməni əhalisini müharibəyə hazırlaşdırmaq istəyirlər". Bu sözləri SİA-ya açıqlamasında deputat İlham Məmmədov deyib.
Onun sözlərinə görə, artıq bütün dünya Azərbaycan reallıqlarını qəbul edir: "Ali Baş Komandan cənab İlham Əliyevin 30 ildir ki, işğal altında olan torpaqlarımızı azad etməsi üçün çalışması və nəticədə torpaqlarımızı işğaldan azad etməsi göz qabağındadır. Əslində bu regionun yeni geopolitik mənzərəsini müəyyənləşdirir. Bu gün Avropa da başa düşür ki, regionda təhlükəsizliyin təmin olunması, yeni münaqişə ocaqlarının yaranmaması əslində regionun özünün inkişafına böyük bir dəstəkdir. Üçtərəfli görüşdə Paşinyanın kənar iddiaları ortaya sürmədən səsləndirilməsinin şahidi olduq. Bu bizim üçün çox böyük bir qələbədir".
Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvan ilə birləşdirən bir yol olmaqla bərabər, həm də yol-nəqliyyat infrastrukturunun ana xətti olacaq: "Hesab edirəm ki, Brüssel sammitində qəbul olunmuş bəyanat artıq son bir ildə revanşist ritorikalara son qoymasına nail olacaq. Bu görüşü cənab Prezidentin diplomatik bacarığının qələbəsi adlandırmaq olar. Çünki artıq ilk dəfə olaraq ATƏT-in Minsk Qrupunun bu prosesdə inkişafının labüd olduğu barədə fikirlərə son qoyuldu. Şarl Mişel öz çıxışlarında bu məsələnin ATƏT-in Minsk Qrupu çərçivəsində dəstəklənməsi məsələsinə heç bir işarə vurmadı. Cənab Prezident İlham Əliyev görüşdə vurğuladı ki, ATƏT adlı qurumun bu prosesdə, bu münaqişədə tənzimləyici rolu artıq arxivə gedib. Ancaq ATƏT-in Minsk Qrupu yeni bir çərçivədə əslində sülh danışıqlarının uğurla başa çatması prosesində iştirak edə bilər. Hesab edirəm ki, Brüssel görüşü və həmin görüşdə qəbul olunan bəyanat Soçidə qəbul olunmuş bəyanatın təsdiqedici bir forması olaraq Azərbaycan üçün çox önəmli olan bir məqamı özündə əks etdirdi".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB