“Brüssel görüşündə gömrük və sərhəd məsələlərində razılığa gəlinib” ÖZƏL-MÜNASİBƏT
“Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqının Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mühüm əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, Soçi görüşünün nəticəsində üçtərəfli işçi qrup səviyyəsində yekun məlumatın paylaşılması gözlənilsə də, bu barədə heç bir xəbər verilmədi və belə anlama gəlir ki, Soçi görüşünün nəticəsi olmadı və yekun imzalanmış bəyanatın müddəaları da icra olunmamış qaldı”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Onun sözlərinə görə, belə olan təqdirdə bütün diqqətlər Brüssel görüşünə yönəlmişdir: “Brüssel görüşündə də həm üçtərəfli müstəvidə də, eləcə ikitərəfli təmaslar vasitəsi ilə Ermənistan və Azərbaycan arasında post münaqişə dövrünün problemləri müzakirə olundu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsində Avropa İttifaqı Azərbaycana texniki yardım göstərməyə hazır olduğunu bildirib. Bu da çox önəmli bir məsələdir. Çünki bölgədəki infrastruktur layihələrinin icra olunması, kənd təsərrüfatına yararlı sahələrin minalardan təmizlənməsi və bizim soydaşlarımızın həmin ərazilərə təhlükəsizlik şəraitində qayıtması baxımından bu istiqamət mühüm amil kimi dəyərləndirilir”.
Politoloq onu da bildirdi ki, görüşdə Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası ilə əlaqədar tərəflər müvəqqəti işçi qrupunun yaradılması ilə bağlı razılığa gəliblər: “Bu da çox önəmli seqmenti təşkil edir. Çünki Soçi görüşündə də hər iki tərəf üzərində bir məsuliyyət formalaşdı və Rusiya tərəfi məsləhətçi qismində burada sərhədlərin müəyyənləşdirilməsi istiqamətində yardım göstərməyi öz üzərinə götürüb və belə görünür ki, regionda artıq hər iki tərəf atasında təmaslar qurulması vasitəsi ilə dövlət sərhədlərinin müəyyənləşdirilməsi prosesi gedəcək və xüsusda önəmli məsələlərdən biri də müdafiə nazirləri səviyyəsində birbaşa telefon rabitəsinin qurulması da mühüm amildir və eskalasi riskini minimallaşdırır. Görüşlər əsnasında həm də bir sıra qapalı olan məsələlərə də aydınlıq gətirdi. Bu barədə Ermənistanın KİV-ləri davamlı olaraq məlumatlar tirajlayırdılar və artıq məlum olan məsələ bundan ibarətdir ki, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri təsdiq edir və yaxın gələcəkdə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı bütün məsələlərə aydınlıq gətiriləcək, Ermənistan bu işi icra etməyə başlayacaq. Tezliklə Ermənistan tərəfi dəmir yolu xəttinin çəkilişinə start verməsi ilə sülhün dayanıqlığı böyük ölçüdə təmin edilmiş olacaq”.
İlyas Hüseynov qeyd edib ki, görüşdə gömrük və sərhəd nəzarət məsələləri qarşılıqlı prinsip əsasında təmin olunacağı barədə razılığa gəlinib və bu barədə də Cənab Prezidentin çıxışı olmuşdur ki, əlavə yoxlanışa cəlb olunmaq gömrük postlarının qurulması, əlavə vaxt itkisi və digər məsələlər aradan qaldırılmalıdır: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə maneəsiz təşkil olunmalıdır və burada yüklərin, karqo keçidlərinin, sərnişinlərin eləcə də avtomobillərin əlavə rüsuma cəlb olunması aradan qaldırılmalıdır. Əgər bu proses tətbiq olunarsa, Azərbaycan adekvat şəkildə bu məsələyə yenidən baxa bilər və Laçın dəhlizi boyunca bu cür postların qurulması da nəzərdən keçirilə bilər. Avtomobil yolu marşurutun müəyyən edilməsi ilə bağlı da müzakirələr davam etdiriləcək. Düşünürəm ki, bu, daha çox işçi qrupu səviyyəsində həyata keçirilən danışıqların predmenti olacaq və bundan sonra üçtərəfli işçi qrupun üzərinə də böyük məsuliyyət düşür ki, avtomobil yollarının keçəcəyi marşrut istiqamətində yekun rəy müəyyənləşsin və Ermənistanın bu yanaşmada da konstruktiv mövqe nümayiş etdirməsi arzu olunandır. Artıq Avropa İttifaqı, eləcə də NATO qismində regionda gedən sülh yaradıcılıq proseslərinə də müəyyən mənada diqqət yetirir və həm NATO-nun baş katibinin və eləcə də Avropa İttifaqı Şurasının sədrinin mövqeyi bundan ibarətdir ki, regionda dayanıqlı sülh müəyyənləşsin və post münaqişə dövrünün bütün yaranan problemləri aradan qaldırılsın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB