Ermənistan-Gürcüstan avtomobil yolu Azərbaycanın nəzarətinə keçir - “Pastinfo"

Ermənistan-Gürcüstan avtomobil yolu Azərbaycanın nəzarətinə keçir - “Pastinfo"

Ermənistanla Azərbaycan arasında gözlənilən demarkasiya və delimitasiya işləri nəticəsində Tavuşda yeni dolama yolları çəkiləcək. Bu barədə “Pastinfo” yazır.

Erməni mətbuatının verdiyi məlumata görə, hakimiyyət Tavuş vilayətinin sərhədyanı Əskipara (Voskepar) kəndinə gedən magistralın bir neçə hissəsində, eləcə də Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunda alternativ yollar çəkməyə hazırlaşır. Yeni yol bir neçə kəndi Bağanislə birləşdirəcək.

Google xəritəsinə görə, M16 avtomobil yolu Azərbaycanla sərhədi bir neçə hissədə keçir və Ermənistan hakimiyyəti Google xəritəsindən istifadə edərək sərhədi çəkdiyi üçün təxminən 12 km uzunluğunda yeni yolun tikintisi ilə bağlı ilkin qərar var.

Xəritəyə əsasən, magistral yol Azərbaycan sərhədindən təxminən üç hissədən keçəcək. Əskipara-Bağanis xəttində yeni yol olmayacaq, əvəzində təhlükəli zonalardan yan keçmək üçün kənd yolu təmir ediləcək. Təmir ediləcək bu yol kəndi Bağanısla birləşdirəcək. Hazırda dəqiq təsdiq olunmuş layihə və hökumət qərarı olmasa da, artıq podratçıların axtarışına başlanılıb.

Erməni mətbuatının yazdığına görə, Əskipara müəyyən ərazi güzəştləri ilə sərhəd kəndi olaraq qalacaq. Xəritəyə inansaq, o zaman əsas magistralın Əskipara yaxınlığından keçən hissəsi tamamilə Azərbaycanın ixtiyarına keçəcək, bəzi bitişik hissələr də sərhədin Azərbaycan tərəfində olacaq.

Heç kimə sirr deyil ki, avqust ayından Rusiya hərbçiləri Tavuş rayonunun sərhəddə yerləşən Əskipara kəndində nəzarət-buraxılış məntəqəsi yaradıblar. Əldə olan məlumata görə, sülhməramlıların dayandığı yol Ermənistan-Azərbaycan sərhədi sayılacaq.

Qeyd edək ki, alternativ yolların tikintisinə hələ başlanılmayıb. Yolun Kirants-Əskipara hissəsinin bir qismi meşələrdən keçəcək, burada yoxlamalar aparılacaq və yalnız yekun qərardan sonra tikintiyə başlanılacaq. Dolama yolun uzunluğu təqribən 11-12 km olacaq və işlərə gələn ilin əvvəlində başlanacağı gözlənilir.

Qeyd edək ki, Tavuşun Əskipara kəndi yaxınlığında iki yol var. Əskipara-Bağanis avtomobil yolu ilə hərəkətdə olan insanların təhlükəsizliyini təmin etmək məqsədilə dolama yol çəkilib. Kəndin yanından İcevan-Noyemberyan avtomobil yolu da keçir, onun Əskiparadan keçən hissəsindən artıq istifadə olunmayacaq.

Alternativ yolun tikintisi ilə bağlı məlumatı yoxlamaq üçün bir müddət əvvəl Əskipara kəndinin rəhbəri Serob Maqsudyanla qeyd edib ki, yolun tikintisi ilə bağlı ona məlumat daxil olub, lakin hazırda iş aparılmır. Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan isə söhbətində belə bir məlumatın olmadığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə