Bütün proseslər Azərbaycanın diqtəsi altında davam edir - DEPUTAT MÖVQE BİLDİRDİ

Bütün proseslər Azərbaycanın diqtəsi altında davam edir - DEPUTAT MÖVQE BİLDİRDİ

"Hesab edirəm ki, cənab Prezidentin Brüssel səfəri uğurlu səfər olacaqdır". Bunu SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

O, qeyd edib ki, həm Şərq tərəfdaşlığı kontestində görüşlər faydalı olacaq, eyni zamanda Ermənistan-Azərbaycan arasında böyük sülhə doğru, yəqin ki, addım atılacaqdır.

Musa Quliyev bu barədə fikrini belə izah edib: "İstənilən halda Azərbaycan qalib gələn tərəfdir. Bütün proseslər Azərbaycanın diqtəsi altında və cənab Prezidentin nəzarəti altında davam edir. Əslində, Brüssel görüşündə Soçi görüşündə olan fikirlərdən fərqli fikirlərin olacağını mən düşünmürəm. Hər halda Paşinyan ola bilsin ki, orada hər hansı destruktiv bəyanatlarla çıxış etsin. Amma bunların heç birinin faydası olmayacaq. Orada Azərbaycan əleyhinə hər hansı fikrin söylənəcəyinə, yaxud hər hansı qərarın qəbul olunacağına mən inanmıram. Hesab edirəm ki. Şərq tərəfdaşlığı prosesinin inkişafında Azərbaycan da maraqlıdır. Eyni zamanda Avropa Birliyi də burada maraqlıdır. Zaman-zaman, düzdür, ikili standartlara yol verilib. Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş olunub. Amma 44 günlük Zəfər müharibəsindən sonra artıq onlar Azərbaycana öz münasibətlərini dəyişməyə məcburdurlar. Biz bunun şahidi oluruq. İstənilən halda bu səfəri mən faydalı səfər hesab edirəm".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə