"Əsas məsələ Rusiyaya qarşı güc nümayiş etdirməkdir" - POLİTOLOQ MÖVQE BİLDİRDİ
"Ümumiyyətlə, G-7 ölkələri gələcəkdə baş verə biləcək prosesləri müzakirə edəcək". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Məhəmməd Əsədullazadə bu barədə fikirlərini belə izah edib: "Təbii ki, burada Ukrayna böhranı, Aralıq və Qara dənizləri preferiyasında baş verən proseslər, NATO-Rusiya gərginliyi müzakirə olunacaq. G-7-nin əsas prioriteti, strategiyası Rusiyanı sıxışdırmaqdır. G-7 ölkələri ABŞ-ın moderatorluğu ilə bir araya gəlməsinin Rusiya Federasiyasını dalana dirəyib, onun Avropanın təhlükəsizliyinə təsir edəcək, xüsusilə də, Ukraynaya hücumun qarşısını almaqdır. G-7 ölkələri, həmiçinin, iqtisadi əlaqələrin inkişafı və yeni dünya nizamı qurulması istiqamətində tərəfləri bir-birilə kibertəhlükəsizlik, terrorizm və hərbi-texniki əlaqələri gücləndirəcəklər. Əsas məsələ yenə də, deyirəm Rusiyaya qarşı güc nümayiş etdirməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB