Ermənistan ləkələnmiş siyasi imicini daha da məhv edəcək - DEPUTAT ŞƏRH ETDİ

Ermənistan ləkələnmiş siyasi imicini daha da məhv edəcək - DEPUTAT ŞƏRH ETDİ

“Ermənistan hələ də məğlubiyyəti ilə barışa bilmir. Hələ də yeni reallığın mövcud olduğunu və onun ambisiyalarının sona çatdığını başa düşə bilmir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, qarşı tərəf Azərbaycanın Ermənistandan güclü olduğunu gördüyü halda Azərbaycana siyasi təziq etməyə çalışır: “Ermənistan təxribatlar törətməklə bu təxribatları Azərbaycanın üstünə yıxmağa və dünya birliyini Azərbaycanın əleyhinə qaldırmağa çalışır”.

A.Mizəzadə vurğulayıb ki, əslində, Ermənistan bu etdiyi hərəkətlərlə öz vəziyyətini daha da ağırlaşdırır, itkilər verir, hərbi məğlubiyyətini daha da dərinləşdirir: “Azərbaycanın beynəlxalq birliyə həqiqəti dolğun şəkildə çatdırması Ermənistanın işğalçı obrazını daha da gücləndirir. Ermənistan bu təxribatlarla heçnə əldə edə bilməyəcək və itirdiyi əsgərləri, hərbi resursları və ləkələnmiş siyasi imicini daha da məhv edəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə