Zərdab rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib. Rayon rəhbərliyi, YAP Zərdab partiya təşkilatının fəalları və ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət ediblər.
Daha sonra rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığına həsr olunmuş əl işlərindən və divar qəzetlərindən ibarət sərgi ilə tanış olublar. Sonra mərkəzdə “Dahi Şəxsiyyət” filmi nümayiş olunub. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki uğurlar və nəaliyyətlər Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan dövlətini və xalqını zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu Öndərin 1969-cu ildən başlayaraq Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Bu gün Azərbaycanımızı, suverenliyimizi, müstəqilliyimizi qorumağa qadir olan, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazanaraq torpaqlarımızın ərazi bütövlüyünü təmin edən şanlı Ordumuz Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən birinin bariz nəticəsidir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB