"Azərbaycanda dinlərarası möcüzə” sərlövhəli məqalə dərc edilib - “Arabnews” qəzetində
Səudiyyə Ərəbistanının ingilis dilində nəşr edilən nüfuzlu “Arabnews” qəzetində ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və bir çox Körfəz ölkələrinin dinlərarası dialoq üzrə məsləhətçisi Ravvin Mark Şnayerin “Azərbaycanda dinlərarası möcüzə” sərlövhəli məqaləsi dərc edilib. SİA xəbər verir ki, məqalədə müsəlman ölkələri arasında ən çoxsaylı yəhudi icmasının Azərbaycanda olması barədə məlumat verilib, ölkəmizin xalqlar arasında tolerantlıq nümunəsi olduğu vurğulanıb. Müəllif diqqətə çatdırıb ki, Azərbaycanda bütün etnik qrupların nümayəndələri, o cümlədən yəhudilər özlərini doğma vətəndə hiss edirlər.
Yazıda Prezident İlham Əliyevin 10 il əvvəl Bakıdakı “Xabad-Or-Avner” yəhudi uşaqlar məktəbinin açılışında iştirakından bəhs edərək, dövlətimizin başçısının mədəniyyətlər və dinlərarası dialoq üzrə fəaliyyətinin bütün siyasi liderlər üçün örnək olduğunu vurğulayıb.
M.Şnayer qeyd edib ki, Azərbaycan Təl-Əvivdə turizm bürosu açıb, Beynəlxalq Holokost Qurbanlarının Xatirə Günündə iştirak edib. Eyni zamanda, rəsmi Bakı bütün dünyada irqçilik və etnik-dini zəmində ayrı-seçkiliyin bütün təzahürlərinin qarşısının alınmasında mühüm rol oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB