Daşkəsəndə Ulu Öndərin xatirəsi yad olunub - FOTO

Daşkəsəndə Ulu Öndərin xatirəsi yad olunub - FOTO

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Anım günü ilə əlaqədar Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid valideynləri, qazilər, YAP rayon təşkilatının fəalları, ictimaiyyət nümayəndələri və sakinlər Ulu Öndərin Daşkəsən şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək xatirəsini anıblar. SİA xəbər verir ki, tədbir iştirakçıları sonra Daşkəsən rayon Heydər Əliyev Mərkəzinə baş çəkib, burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu foto-stendlərə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə